< < < НОВОСТИ > > >
   Siz buradasınız:Həkimlərə/ Ultrasəs diaqnostikası/ ...

RU

Nəsirəddin Tusi adına Klinika

N.Tusi adına Klinika – müasir, geniş profilli müalicə-diaqnostika müəssisəsidir. Klinikanın mütəxəssislərinin yüksək kvalifikasiyası və dərin təcrübəsi, dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları, istənilən mürəkkəb kliniki məsələnin həllini həyata keçirməyə imkan yaradır.

N.Tusi adına Klinikanın poliklinika şöbəsində kardiologiya, ginekologiya, koloproktologiya, endokrinologiya, qastroenterologiya, urologiya, andrologiya, dermatologiya, otolorinolarinqologiya üzrə ambulator qəbul aparılır. Qəbulu ali dərəcəli həkimlər, tibb elmləri namizədləri və doktorları aparır.

Müasir diaqnostik aparatlar qısa bir müddət ərzində dəqiq diaqnoz qoymağa və vaxtında müalicəyə başlamağa imkan yaradır. Klinikamızın müxtəlif ixtisaslardan olan həkimlərinin birgə fəaliyyəti pasiyentlərin problemlərini kompleks şəkildə həll etməyə imkan verir.

Klinikamızın diaqnostik bazası tibbi görüntüləmə mərkəzirəqəmli rentgen aparatı, kompütermaqnit-rezonans tomoqrafı, videoendoskopik aparatlar ilə təchiz olunmuşdur. Ultrasəs diaqnostikası kabinetinin avadanlıqları nəinki daxili orqanların yüksək keyfiyyətli təsvirlərini almağa imkan verir, eyni zamanda orqanlarda qan dövranı, döl barəsində də dəqiq informasiya verir. 3D/4DUSM vasitəsilə dölün inkişafı, daxili orqanlarının quruluşu haqqında ətraflı məlumat almaq olar.

N.Tusi adına Klinikanın laboratoriyasında geniş spektrli müayinələr – ümumi kliniki, hematoloji, biokimyəvi, immunoloji, mikrobioloji, sitoloji, tibbi-genetik analizlər aparılır. Tam avtomat avadanlıqlar, yüksək keyfiyyətli reaktiv və test sistemlərin istifadəsi diaqnostik müayinələrin keyfiyyətini bir qədər də artırır. Burada real zaman daxilində hibridizasion-flüoressent deteksiya üsulu ilə polimeraz-zəncirvarı reaksiyalar aparılır.

Cərrahiyyə – klinikamızın əsas fəaliyyət istiqamətlərindən biridir. Döş və qarın boşluğunda aparılan endoskopik əməliyyatlar cərrahi xidmətin əsas prioritetlərindəndir. Bu əməliyyatların bir çoxu ölkəmiz üçün unikal hesab olunur. Bununla yanaşı klinikamızda bir çox ənənəvi açıq operativ müdaxilələr aparılır.

N.Tusi adına klinikanın həyata keçirdiyi cərrahi xidmətlərin əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Dünya standartlarına cavab verən, son nəsil cərrahi avadanlıqlar ilə təchiz olun muş əməliyyat bloku.
  • Türkiyə, Rusiya, İsrail və digər Avropa ölkələrinin aparıcı klilnikalarında təcrübə keçmiş professional cərrahlar.
  • Karl Storz (Almaniya) istehsalı olan və yüksək texnologiyalı, az travmatik əməliyyatlar aparmağa imkan verən endovideoaparatlar.
  • Əməliyyat zamanı rentgenoskopik və ultrasəs aparatı vasitəsilə nəzarət.
  • Unikal cərrahi lazer texnologiyaları.
  • Əməliyyatların videoyazıya alınması.
  • Almaniya, Türkiyə, İtaliya, Rusiya və digər Avropa ölkələrinin aparıcı klinikalarının həkimləri ilə qarşılıqlı əməkdaşlıq.

Klinikamızın cərrahi fəaliyyətinin istiqamətləri:

BİZİM ƏSAS MƏQSƏDİMİZ – pasiyentləri yüksək kvalifikasiyalı, tez və effektiv tibbi xidmətlə təmin etməkdir.

Sizə sağlamlıq və xoşbəxtlik arzulayırıq!

N.TUSİ ADINA KLİNİKANIN ƏMƏKDAŞLARI

             < < < СТАТЬИ > > >
             < < < НОВОСТИ > > >

Rambler's Top100