| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Stasionar/ Urologiya/ ... |
|
VARIKOSELE |
|
Varikosele – toxum ciyəsi venalarının genişlənməsi
olub kişilər arasında kifayət qədər geniş yayılmış bir
xəstəlikdir (10–15%). Varikosele kişi sonsuzluğuna səbəb
olan əsas faktorlardan biridir. Əksər hallarda xəstəlik cinsi yetişkənlik dövründə inkişaf edir. Xəstəlik əksər hallarda simptomsuz keçib heç bir əlamətlə özünü büruzə vermir. Təsadüfi hallarda hansısa bir tibbi müayinədən keçən zaman aşkar oluna bilər. Bəzi hallarda xayalıq nahiyəsində ağrı hissiyyatı ola bilər. Ağrılar bir qayda olaraq kəskin olmayıb küt (dartılma hissiyatı) xarakter daşıyır. Ümumilikdə xəstəlik ağrısız olub ciddi narahatlığa səbəb olmur. Varikosele necə inkişaf edir? Hər hansı bir səbəbdən venaların klapanları funksional cəhətdən zəiflərsə qan əks istiqamətlə axmağa başlayır (retroqrad qan dövranı). Getdikcə artan təzyiq venaların genişlənməsinə və böyüməsinə səbəb olur. Müxtəlif insanlarda venaların divarlarının möhkəmliyindən və venoz təzyiqdən asılı olaraq genişlənmə müxtəlif dərəcələrdə olur. Xayaların ətrafında olan venoz tor getdikcə artır, genişlənir və xayalar sanki venoz damarlardan əmələ gəlmiş süngər içində yerləşir. Bu cür tor xayalarda temperaturun aşağı düşməsinə mane olur. Beləliklə spermatogenezin getməsi üçün vacib olan aşağı temperatur itir və bu proses pozulur. Məhz buna görə də varikosele kişi sonsuzluğunun əsas səbəblərindən biri hesab olunur. Öz-özlüyündə toxum ciyəsi venalarının genişlənməsi ciddi problem olmayıb insan həyatı üçün heç bir təhlükə yaratmır və insan bu xəstəliklə heç bir narahatçılığı olmadan bütün ömrü botu yaşaya bilər. Diaqnostika Diaqnoz qoymaq üçün çox hallarda xayalıq nahiyəsini palpasiya etmək kifayətdir. Bu zaman xayalıq nahiyəsində sol tərəfdə (xayalığın əsasında, xayaların altında) yumşaq, hamar olmayan törəmə əllənir. Üzərində təzyiq etdikdə törəmə hamarlaşır, təzyiq itdikdə isə yenidən əmələ gəlir. Bir qayda olaraq varikosele sol tərəfli olur. Yalnız 20% hallarda ikitərəfli varikoseleyə də təsadüf olunur. 2% hallarda isə sağtərəfli varikosele müşahidə olunur. Xəstəliyin diaqnostikasında xayaların USM-i və doppleroqrafiyası da mühüm rol oynayır. Bu müayinə metodları xayaların vəziyyəti və qan dövranı barəsində ətraflı məlumat verir. Eyni zamanda eyakulyatın analizi (spermoqramma) və qanda cinsi hormonların təyini kimi laborator müayinə metodlarından da istifadə olunur. Müalicə Varikoselenin yeganə effektiv müalicə metodu operativ müdaxilə hesab edilir. Təəssüf ki, xəstəlitin q/cərrahi və ya konservativ müalicəsi mümkün deyil. Aşağıdakı göstəricilər əməliyyata göstərişlər hesab olunur:
Xəstəliyin operativ müalicəsi üçün 80-dən artıq metod mövcuddur. Xaya venalarının klapan çatmamazlığı nəticəsində yaranan varikoseledə (ən çox yayılmış forma) venaların bağlanılması əməliyyatı həyata keçirilir.
Ən geniş yayılmış İvanisseviç əməliyyatıdır ki, bu zaman
qalça nahiyəssində 3–5 sm ölçüdə kəsik aparılır, xaya
venasının bağlanması və rezeksiyası həyata keçirilir.
Əməliyyatın davametmə müddəti qısadır, lakin əməliyyatdan
sonra residivlərin və ağırlaşmaların rastgəlmə tezliyi
yüksəkdir. Digər əməliyyatlara nisbətən daha tez effekt
alınır. Laparoskopik yolla varikoselenin operativ müdaxiləsi
zamanı cərrah qarının ön divarında açılmış çox xırda ölçülü
dəliklərindən qarın boşluğuna videoendoskop və instrumentlər
yeridir. Monitorda alınmış görüntülərə əsaslanaraq damarlar
üzərində müəyyən manipulyasiyalar aparılır. Bu üsulun
çatışmamazlığı əməliyyat sahəsində qarın boşluğundan
müdaxilə etmək və ümumi ağrısızlaşdırılmanın aparılmasıdır. |
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi