Müasir cərrahi texnologiyalar həkimlərə heç bir kəsik
aparmadan sidik-ifrazat sistemi orqanlarında müxtəlif
əməliyyatlar həyata keçirməyə imkan verir.
N.
Tusi adına Klinikanın urologiya şöbəsində endocərrahi
holmium lazeri (LUMENİS, ABŞ) vasitəsilə böyrəklər, sidik
kisəsi və sidik kanalının müxtəlif xəstəliklərində bir sıra
xırda invaziv əməliyyatlar aparılır:
LİTOTRİPSİYA
Kontakt endoskopik lazer litotripsiyası müxtəlif tərkibli və
lokalizasiyalı daşlarda tətbiq edilir. Hətta bir sıra
hallarda – digər metodların tətbiqində məhdudiyyətlər
olduqda belə bu üsul effektli olur.Sidik axarının yuxarı və
aşağı 1/3 – də fiksasiya olunmuş daşlar, orta və aşağı
1/3-də iri və xırda ölçülü daşlar, sidik kisəsinin iri
kalibrli daşları olduqda kontakt endoskopik lazer
litotripsiyasından istifadə etmək olar.
Sidk kanalından daxil edilmiş endoskopun işçi kanalına
yerləşdirilmiş incə lazer lifləri daşa xüsusi impulslar
ötürməklə onun dağılmasına səbəb olur. Xırda fraqmentlərə
parçalanmış daşlar elə əməliyyat vaxtı sidikçixarıcı
yollarla xaric olunur.
PROSTATEKTOMİYA
Lazer prostatektomiya (prostat vəzinin transuretral
endoskopik lazer enukleasiyası) – prostat vəzinin
hiperplaziyası olan xəstələrin ən etibarlı və komfortlu
seçim metodudur. Əməliyyat xəstələr tərəfindən daha asan
keçirilir və onlar qısa bir müddətdə normal həyat
fəaliyyətlərinə dönə bilirlər.
Ətraflı...

Holmium lazerinin kəşfi cərrahlar üçün geniş imkanlar
açır:
- Yüksək intensivliyə malik lazer şüaları bədən
boşluğuna xüsusi miniatür işıqötürücü vasitəsilə daxil
edilir.
- Holmium lazerinin şüalanması toxumalara bərabər
səviyyəli, təhlükəsiz və hədəf olaraq təsir göstərir.
- Qanaxmanın tez və effektiv saxlanılması əməliyyat
sahəsində aparılan manipulyasiyaların maksimum
dəqiqliyini təmin edir.
- Əməliyyatın davametmə müddəti isə xeyli qısalır.
- Əməliyyatdan sonrakı dövr digər xəstələrə nisbətən
daha asan keçir, 3–5 günə sağalma baş verir və demək
olar ki, çapıq toxuması inkişaf etmir.
|