| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Stasionar / Ümumi cərrahiyyə / ... | |
|
ÜMUMİ CƏRRAHİYYƏ | |
N. Tusi adına Klinikada aparılan cərrahi əməliyyatlar
geniş profilli olub həm endocərrahi, həm də klassik
metodların tətbiqi ilə həyata keçirilir. Ümumi cərrahiyyə
əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir:
Qastrointestinal sistem cərrahiyyəsi Qida borusunun axalaziya, lipoma, leyomiyoma kimi
xoşxassəli törəmələri, divertikulu, mədə və on iki barmaq
bağırsağın deşilmə, qanaxma, mədə çıxacağının stenozu kimi
ağırlaşmaları, nazik və yoğun bağırsaq xəstəlikləri Hepato-pankreatiko-biliar cərrahiyyə Qaraciyər, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatları, öd yollarının və mədəaltı vəzin mexaniki sarılığa səbəb olan xəstəliklərinin (daş, stenoz, xroniki pankreatit, exinokokk kistası) müalicəsini, mədəaltı vəzinin psevdokistaları və xroniki pankreatitin cərrahi müalicəsini əhatə edir. Yırtıq cərrahiyyəsi Klinikamızda ən son elmi və texniki yeniliklərdən istifadə edilərək həm açıq, həm də laparoskopik metodlarla aparılır. Süd vəzisi cərrahiyyəsi Süd vəzisinin iltihabi xəstəlikləri, törəmələrinin (kista, fibroadenoma, duktal ektaziya), kişilərdə ginekomastiyanın diaqnostikası və cərrahi müalicəsi ilə yanaşı süd vəzisi xərçənginin erkən diaqnostikası üçün profilaktik müayinələrin aparılması ilə də məşğul olur. Dünya Səhiyyə Təşkilatını və aparıcı mərkəzlərin verdiyi statistik məlumata görə hər 8-10 qadından biri süd vəzisi xərçənginə tutulur. Buna görə də süd vəzisi xərçənginin erkən diaqnostikası və beləliklə də orqan saxlayıcı əməliyyatların mümkün olması hədəflənməkdədir. İnkişaf etmiş ölkələrdə şikayətinin olub-olmamağından asılı olmayaraq bütün qadınlar 45 yaşından etibarən süd vəzisimüayinəsi proqramına alınırlar. Ailəsində birinci dərəcəli yaxınlarında süd vəzisi xərçəngi olan qadınlar profilaktik müayinələrə daha erkən başlamalıdırlar. Təcili (urgent) cərrahiyyə Klinikamızın ümumi cərrahi xidmətlərinə aid edilir.Təcili cərrahi yardımın göstərilməsi üçün aktiv funksional fəaliyyətə malik diaqnostik xidmətlər mövcuddur (müxtəlif instrumental müayinələr, laboratoiya və s.). Anesteziologiya və reanimasiya şöbəsi hər zaman istənilən cərrahi əməliyyatın aparılmasına tam hazır vəziyyətdədir. Ehtiyac yarandğı halllarda xəstələrin daşınması və ilkin tibbi yardımın göstərilməsi üçün xüsusi spesializasiyalı ambulanslardan istifadə edilir. |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi