| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Stasionar / Travmatologiya və ortopediya / ... | |
|
VERTEBROPLASTİKA | |
|
Vertebroplastika – onurğa sütununun zədələnmiş
hissələrinin xüsusi plastik material və ya sümük sementindən
istifadə etməklə möhkəmləndirilməsidir. Bu əməliyyat onurğa
sütunu fəqərələrinin sinir strukturlarının sıxılması ilə
müşahidə edilməyən travmatik və ya patoloji kompression
sınıqları zamanı tətbiq edilir. Onurğa sütununun patoloji
sınıqları sümük toxumasının struktur quruluşunun pozulması
ilə gedən bir sıra xəstəliklərində – osteoporoz, onurğa
sütunu şişləri, bədxassəli şişlərin metastazları və s.
zamanı müşahidə edilir. Onurğa sütununun kompression
sınıqları onun cisminə həddindən artıq təzyiq edilməsi
nəticəsində əmələ gəlir. Əgər onurğa sütunu normal
təzyiqlərə belə davam gətirməyə zəifdirsə, hətta yüngül
təkanın edilməsi ciddi travmalara səbəb ola bilər. Bu ən çox
kompression sınıqlara səbəb olan
osteoporozlar zamanı
müşahidə edilir. Bu xəstəlik zamanı sümük kütləsi azalır,
nəticədə sümüklər kövrəkləşərək adi təzyiqlərə davam gətirə
bilmir. Osteoporoz zamanı adicə önə əyilmə hərəkəti belə
sınıqlara səbəb ola bilər. Statistik göstəricilərə əsasən 80
yaşına qədər qadınların 40% -də ən azından bir dəfə onurğa
sütununun kompression sınığı müşahidə edilir. Osteoporoz
zamanı kompression sınıqlar boyun qısalmasına, itiuclu
kifozların əmələ gəlməsinə və s. hallara səbəb olur. Osteoporoz zamanı əmələ gələn kompression sınıqlar bir sıra xarakter xüsusiyyətlərə malikdir:
Kompression sınıqlara düzgün diaqnoz qoymaq və optimal müalicə taktikasını seçmək üçün aşağıdakı müayinələr aparılmalıdır:
Əgər xəstədə onun hərəki aktivliyini tam məhdudlaşdıran
və onu yatağa məhkum edən intensiv ağrılar müşahidə edilərsə
və eyni zamanda patoloji sınıqların ağırlaşmalarının (sinir
köklərinin sıxılması, onurğa sütununun qeyri stabilliyi,
əyilmələri, kifoz və s.) qarşısını almaq məqsədilə operativ
müdaxilə aparılmalıdır.
Rentgen müayinə vasitəsilə vertebroplastika aparılacaq fəqərə təyin edilir
Rentgen müayinə altında fəqərəyə əsas instrumentləri daxil etmək üçün boru yeridilir
Onurğa sütunu cisminin oyulması
Fəqərələri möhkəmlətmək üçün sement yeridilir
|
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |










Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi