Siz buradasınız: Stasionar / Travmatologiya və ortopediya / ...

RU

ONURĞA SÜTUNU CƏRRAHİYYƏSİ

Skolioz – onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır, bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3% təşkil edir, 6–14 yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir.

Yeniyetməlik dövrünün idiopatik skolizu ən çox 10-14 yaş dövründə təsadüf edilir, xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir.

Simptomlar

Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir.

Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

  • Bir çiyin və ya bud – çanaq oynağı digərindən yuxarıda yerləşir
  • Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər
  • Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır
  • Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının” əmələ gəlməsi
  • Bir qol digərindən uzun görünür
  • Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi

Rentgenoqrammalara əsasən həkimlər skoliotik deformasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən 4 dərəcədə skolioz ayırd edilir:

  • I dərəcəli – 0 - 10º dərəcə
  • II dərəcəli – 11 - 30º dərəcə
  • III dərəcəli – 31 - 60º dərəcə
  • IV dərəcəli – >61º dərəcə (sağ tərəfdəki şəkilə bax)

Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir.

Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.

Müalicə

Deformasiya 40 dərəcədən yüksək deyilsə xəstəliyin konservativ müalicəsi aparılır. Fizioterapiya və müalicəvi bədən tərbiyəsi əzələ korsetini möhkəmlədir, ürək-damar sisteminin və ağciyərlərin fəaliyyətini yaxşılaşdırır. Üzgüçülük bu xəstəlik zamanı ən faydalı idman növlərindən biri hesab olunur. Ağırçəkili idman növləri isə əks göstərişdir.

Əgər onurğa sütununun deformasiyası 25–40 dərəcə arasındadırsa, xəstənin potensial boyu saxlanılarsa və əyriliyin artma ehtimalı varsa, o zaman sərt korset vasitəsilə fiksasiyadan istifadə olunmaqla müalicə aparılır. Xəstənin korseti hər gün geyinməsi vacib məqamlardan biridir. Skolioz əksər hallarda onurğa sütununun bir neçə şöbəsini əhatə edir. Buna görə korset seçimində bütün onurğanın fiksasiyası nəzərə alınmalıdır.

Cərrahi müalicə

Əksər hallarda idiopatik skoliozun yeganə müalicə metodu cərrahi əməliyyat hesab olunur. Əməliyyata göstərişlər:

  • Onurğa sütununun proqressivləşən deformasiyası. Əgər deformasiya dərəcəsi 40–45 dərəcəni aşarsa cərrahi əməliyyatın aparılması təklif edilir. Yox əgər deformasiya dərəcəsi >60 olarsa onda cərrahi əməliyyatın aparılması zəruri hesab olunur. Çünki bu tip deformasiyalar döş qəfəsinin həcminin azalmasına səbəb olur, ürək- damar sistemi və ağciyərlərin fəaliyyəti pozulur. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, vaxtında aparılmış operativ müdaxilədən sonra ağciyər və ürək – damar sisteminin fəaliyyəti tamamilə normaya düşür. 20 yaşdan sonra isə hətta deformasiyanı tam olaraq aradan qaldırdıqda belə ürək – damar sisteminin normal göstəricilərini bərpa etmək praktiki olaraq mümkün deyil. 100 dərəcədən yuxarı deformasiyalar həyat üçün çox təhlükəli hesab edilir.
  • Eyni zamanda heç bir müalicəyə tabe olmayan ağrı sindromu da əməliyyat üçün göstərişdir.
  • Bəzi hallarda pasiyent əməliyyat üçün birbaşa göstərişlər olmadıqda belə cərrahi müdaxilə oluna bilər. Belə ki, nəzərə çarpan kosmetik deffekt pasiyentin həyat keyfiyyətini pisləşdirir, əmək qabiliyyətini məhdudlaşdırır. Bu çatışmazlıqları aradan qaldırmaq üçün isə cərrahi əməliyyat aparılır.

Skolioz zamanı aparılan cərrahi əməliyyatın məqsədləri:

  • Onurğa sütunu deformasiyasının aradan qaldırılması
  • Skoliozun proqressivləşməsinin qarşısının alınması
  • Onurğa beyni və sinir köklərinin kompressiyasının qarşısının alınması.

Skeletin tam formalaşmasından sonra 40 dərəcədən aşağı olan deformasiyalar adətən proqressivləşməyə meylli olmurlar, ona görə də bu cür deformasiyalar zamanı cərrahi əməliyyat tələb olunmur. 100 dərəcədən yuxarı olan deformasiyalar nadir hallarda rast gəlinir və həyat üçün təhlükəli hesab edilir.

Cərrahi müalicənin əsas məqsədi əyriliyin total sümük bloku (spondilodez) yaratmaqla korreksiyasından ibarətdir. Başqa sözlə fəqərə sümüklərinin tam fiksasiyası aparılır.

Onurğa sütununun düzgün vəziyyətdə instrumental korreksiyası üçün müxtəlif konstruksiyalar tətbiq edilir. Hazırda dünyanın əksər mütəxəssisləri skoliotik əyriliyi aradan qaldırmaq və prosesin sonrakı inkişafının qarşısını almaq üçün metal konstruksiyalardan istifadə edirlər. Bu konstruksiyalar pasiyentin onurğa sütununa fiksasiya edilir və ömürlük bədəndə qalır. Müasir EXPEDİUM spinal sistemləri hətta ən mürəkkəb kliniki vəziyyətlərdə belə onurğa sütununun etibarlı fiksasiyasına nail olmaq imkanı verir.

         

Şəkil: EXPEDİUM metal konstruksiyalardan istifadə etməklə onurğa sütununun fiksasiyası və skoliotik əyriliyin aradan qaldırılması (əməliyyatın etapları)

Aşağıda 14 yaşlı pasiyentin əməliyyatdan öncə və sonra aparılmış onurğa sütununun rentgenoqrammaları təsvir edilmişdir. Əməliyyatda öncə xəstədə onurğa sütununun ağır dərəcəli (115 dərəcə) əyriliyi mövcud olmuşdu. Xəstə EXPEDİUM sisteminin metal fiksatorlarının tətbiqi ilə əməliyyat olunmuşdur. Xəstədə ürək hüdudları genişlənmiş, döş qəfəsi ciddi deformasiya olunmuş, tənəffüs pozğunluqları əmələ gəlmişdi. Bütün bunlarla əlaqədar hərəki aktivlikdə də pozğunluqlar meydana çıxmışdı. Adətən bu cür xəstələr əməliyyat olunmazlarsa 20–30 ildən artıq yaşamırlar. Xəstə əməliyyata götürülmüş və əməliyyat nəticəsində əyrilik mümkün olan minimal dərəcəyə – 50 dərəcəyə endirilmişdir.

Əməliyyatdan əvvəl

         

Əməliyyatdan sonra

 

 

         < < < MƏQALƏLƏR > > >

Artroskopiya

oynaqlarda endocərrahi əməliyyatlar aparmağa imkan verən müalicə metodudur. Kiçik ölçülü miniatür cərrahi instrumentlər, videomonitor və videokamera çox xırda kəsiklər (5 – 6 mm) vasitəsilə oynaqlarda əməliyyatlar aparmağa imkan verir.
Ətraflı>>>
Bud-çanaq oynağının endoprotezləşdirilməsi

Bud-çanaq oynağı sadə oynaqlardan olub bud sümüyü başından və sirkə kasasından ibarətdir. Normada oynaq başı və oynaq boşluğu qığırdaqla örtülüdür. Bu isə hərəkət zamanı oynaq başının oynaq boşluğunda sürtünməsinin qarşısını alır, ağrı olmur.
Ətraflı>>>
ONURĞA SÜTUNU CƏRRAHİYYƏSİ

müasir təbabətin ən sürətlə inkişaf edən sahələrindən biridir. Son on ildə bu sahədə əldə edilmiş elmi və texniki nailiyyətlər onurğa sütunu cərrahiyyəsinə kifayət qədər yeniliklər gətirmişdir.
Ətraflı>>>
VERTEBROPLASTİKA

onurğa sütununun zədələnmiş hissələrinin xüsusi plastik material və ya sümük sementindən istifadə etməklə möhkəmləndirilməsidir. Bu əməliyyat onurğa sütunu fəqərələrinin sinir strukturlarının sıxılması ilə müşahidə edilməyən travmatik və ya patoloji kompression sınıqları zamanı tətbiq edilir.
Ətraflı>>>
SKOLIOZ

onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır.
Ətraflı>>>
           < < < YENİLİKLƏR > > >