Siz buradasınız: Stasionar / Travmatologiya və ortopediya / ...

RU

ONURĞA SÜTUNU CƏRRAHİYYƏSİ

N. Tusi adına Klinikada ən müasir metodlardan istifadə etməklə geniş spektrli onurğa sütunu xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır.

Onurğa sütunu cərrahiyyəsi müasir təbabətin ən sürətlə inkişaf edən sahələrindən biridir. Son on ildə bu sahədə əldə edilmiş elmi və texniki nailiyyətlər onurğa sütunu cərrahiyyəsinə kifayət qədər yeniliklər gətirmişdir.

Bu gün N.Tusi adına Klinikada müasir EXPEDİUM spinal fiksasiya sistemlərindən istifadə etməklə ən mürəkkəb onurğa sütunu əməliyyatları icra edilir:
  • Onurğa sütunu deformasiyaları – skolioz, kifoz, lordoz, kifoskolioz və s.
  • Fəqərə sınıqları, osteoporoz və digər xəstəliklər zamanı kompression sınıqlar
  • Onurğa sütunu şişləri
  • Spondilolistez və spondiloliz
  • Fəqərəarası disklərin degenerativ dəyişiklikləri, onurğa sütunu kanalının stenozu

Cərrahi əməliyyatların əsas məğzini spondilodez yaratmaqla fəqərələrin fiksasiyasına nail olmaqdır. Spondilodez – onurğa sütununun bir neçə seqmentinin möhkəm fiksasiya olunmasıdır. Əsas məqsəd həmin şöbənin hərəkət məhdudluğunu təmin etməkdir. Skolioz, kifoz və onurğa sütununun digər əyrilikləri, fəqərə sınıqları, şişlər, degenerativ spondilolistez və digər xəstəliklər zamanı spondilodezin aparılmasına ehtiyac yaranır. Bütün bu xəstəliklər zamanı fəqərə sütununda deformasiyalar və qeyri-stabillik yaranır, bu isə xəstənin hərəki aktivliyinin məhdudlaşmasına, ağrıların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda bir sıra həyati vacib orqanların – ürək, ağciyərlər və s. fəaliyyəti pozulur.

Müasir EXPEDİUM spinal sistemləri ən mürəkkəb kliniki vəziyyətlərdə belə cərraha deformasiyanı düzəltmək və onurğa sütununu fiksasiya etməyə imkan verir. Əməliyyatdan artıq 2 gün sonra xəstəyə oturmaq, 3 gün sonra isə gəzməyə icazə verilir.

         < < < MƏQALƏLƏR > > >

Artroskopiya

oynaqlarda endocərrahi əməliyyatlar aparmağa imkan verən müalicə metodudur. Kiçik ölçülü miniatür cərrahi instrumentlər, videomonitor və videokamera çox xırda kəsiklər (5 – 6 mm) vasitəsilə oynaqlarda əməliyyatlar aparmağa imkan verir.
Ətraflı>>>
Bud-çanaq oynağının endoprotezləşdirilməsi

Bud-çanaq oynağı sadə oynaqlardan olub bud sümüyü başından və sirkə kasasından ibarətdir. Normada oynaq başı və oynaq boşluğu qığırdaqla örtülüdür. Bu isə hərəkət zamanı oynaq başının oynaq boşluğunda sürtünməsinin qarşısını alır, ağrı olmur.
Ətraflı>>>
ONURĞA SÜTUNU CƏRRAHİYYƏSİ

müasir təbabətin ən sürətlə inkişaf edən sahələrindən biridir. Son on ildə bu sahədə əldə edilmiş elmi və texniki nailiyyətlər onurğa sütunu cərrahiyyəsinə kifayət qədər yeniliklər gətirmişdir.
Ətraflı>>>
VERTEBROPLASTİKA

onurğa sütununun zədələnmiş hissələrinin xüsusi plastik material və ya sümük sementindən istifadə etməklə möhkəmləndirilməsidir. Bu əməliyyat onurğa sütunu fəqərələrinin sinir strukturlarının sıxılması ilə müşahidə edilməyən travmatik və ya patoloji kompression sınıqları zamanı tətbiq edilir.
Ətraflı>>>
SKOLIOZ

onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır.
Ətraflı>>>
           < < < YENİLİKLƏR > > >