Siz buradasınız: Stasionar/ Travmatologiya və ortopediya/ ...

BUD-ÇANAQ OYNAĞININ ENDOPROTEZLƏŞDIRILMƏSI

Bud-çanaq oynağı sadə oynaqlardan olub bud sümüyü başından və sirkə kasasından ibarətdir. Normada oynaq başı və oynaq boşluğu qığırdaqla örtülüdür. Bu isə hərəkət zamanı oynaq başının oynaq boşluğunda sürtünməsinin qarşısını alır, ağrı olmur. Xaricdən oynaq kapsul, əzələ və bağlarla möhkəmlənmişdir. Zədəli oynaqda isə qığırdaq deformasiyaya uğrayır, nəticədə hərəkət zamanı oynaq başı oynaq boşluğunda sürtünür və ağrı əmələ gəlir. Bu isə hərəkətin məhdudlaşmasına və oynaqətrafı toxumalarda da degenrativ proseslərin inkişaf etməsinə gətirib çıxarır. Bud-çanaq oynağının zədələnməsi xəstələrin hərəkət məhdudluğuna səbəb olaraq, ağrı ilə müşahidə olunur və yerişin pozğunluqlarına gətirib çıxarır. Pasiyent uzun müddət ağrıkəsici dərmanlar qəbul edir, bu isə mədə-bağırsaq traktının və böyrəklərin zədələnməsinə səbəb olur.
Son onillikdə bütün dünyada bud-çanaq oynağının ağır dərəcəli zədələnmələrində total endoprotezləşmədən – zədələnmiş oynağın süni oynaqla əvəz olunması əməliyyatından çox geniş istifadə olunur.

Oynağın endoprotezləşdirilməsi:

Bu oynağın süni endoprotezlə əvəzolunması əməliyyatıdır. Bir çox hallarda bu oynaqda hərəkəti bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə metoddur. Oynağın süni protezlə əvəz olunmasından təxminən 1–2 ay sonra xəstə aktiv həyata qayıda bilər. Müasir endoprotezlər 15 ildən artıq müddətdə fəaliyyət göstərə bilər, hər-hansı bir problem olduqda isə yenidən dəyişilə bilər.

N.Tusi adına Klinikada Almaniya, İtaliya, İsveçrə istehsalı olan endoprotezlərdən istifadə olunur. Əsasən iki tip endorotezdən istifadə olunur – sementli və sementsiz. Kliniki göstərişlərdən asılı olaraq endoprotezin növü seçilir.

Endoprotezlər 3 hissədən ibarətdir:
  • Bud kanalına keçirilən mil hissə
  • Endoprotezin baş hissəsi bud sümüyünün başını əvəz edir.
  • Asetabulyar boşluq çanaq sümüyünə implantasiya olunmuş aypara şəkilli plastik materialdan hazırlanmışdır.

Bud –çanaq oynağının endoprotezləşdirilməsi aşağıdakı hallarda aparılır:

  • Degenrativ-distrofik xəstəliklər – osteoartroz
  • Revmatoid poliartrit
  • Bud sümüyü başının aseptik nekrozu
  • Bud sümüyü boynunun yalançı oynaqları və bitişməyən sınıqları
  • Bud sümüyünün anadangəlmə çıxığı
  • Bexterev xəstəliyi ( xüsusilə də bud – çanaq oynağının zədələnməsi ilə gedən ) və s.

    

Bud-çanaq oynağının endoprotezləşdirilməsi 2 saata yaxın davam edən bir əməliyyatdır. Əməliyyat zamanı peridural anesteziyadan istifadə olunur. Əməliyyatdan dərhal sonra xəstə bir neçə saatlığa müşahidə məqsədilə reanimasiya şöbəsinə köçürülür. Əməliyyatdan sonrakı gün xəstə artıq yatağında otura, tənəffüs gimnastikası hərəkətləri, aşağı ətraf əzələləri üçün statik məşğələlər edə bilər. Əməliyyatın üçüncü günündə xəstə artıq hərəkət edə bilər: öncə manejin sonra isə əsaların köməkliyi vasitəsilə. Əməliyyatdan 8-10 gün sonra tikişlər sökülür. Tikişlər söküldükdən sonra xəstə evə yazıla bilər. Xəstə ev şəraitində də onu əməliyyat etmiş həkimin məsləhətlərinə uyğun olaraq reablitasion məşğələlər etməlidir.

Əməliyyatdan sonra 6-8 ay müddətində aşağıdakı qaydalara əməl edilməlidir:

1. Bud-çanaq oynağında 90 dərəcədən artıq bucaq altında bükülməyə yol verilməməlidir. Burada əsasən 4 qayda var:

  • Oturan zaman diz oynaqları bud sümüklərindən bir qədər aşağıda yerləşməlidir, bunun üçün oturan zaman stulun oturacaq hissəsinə balaca yastıqça qoymaq lazımdır
  • Oturan zaman və ya uzanıqlı vəziyyətdə ayaqları bir – birinin üzərinə qoymaq olmaz
  • Ayağa qalxanda önə doğru əyilmiş vəziyyətdə deyil onurğa sütununu düz tutaraq qalxmaq lazımdır
  • Oturan zaman ayaqları bir-birindən aralı tutmaq lazımdır

2. Əsa ilə yeriyən zaman təyin olunmuş rejimə ciddi əməl etmək lazımdır
3. Pilləkənləri qalxan və ya düşən zaman sürahıdan tutmaq məsləhətdir
4. Ayaqqabı seçərkən onun alçaq dabanlı olmasına fikir vermək lazımdır
5. Hər dəfə həkimə gedərkən ona süni oynaq implantasiyası əməliyyatından keçməniz barədə məlumat verin
6. Əməliyyat olunmuş oynaq nahiyəsində ağrı , şişkinlik , qızartı olarsa bu halda mütləq sizi əməliyyat etmiş həkimə müraciət edin

Adətən endoprotezin fəaliyyət müddəti 15 il və daha artıq ola bilər, bu müddət əksər hallarda pasiyentin özündən asılı olur. Xəstə ağırlıq qaldırmadan, uzunmüddət ayaqüstə qalmaqdan çəkinməlidir. Bir sıra idman sahələri məsələn tennis məsləhət olunmur, lakin üzgüçülük, adi yerişlə məşqul olmaq olar. Bədən çəkisini də sabit saxlamaq lazımdır, çünki artıq bədən çəkisi özü də endoprotez üçün əlavə yükdür.

         < < < MƏQALƏLƏR > > >

Artroskopiya

oynaqlarda endocərrahi əməliyyatlar aparmağa imkan verən müalicə metodudur. Kiçik ölçülü miniatür cərrahi instrumentlər, videomonitor və videokamera çox xırda kəsiklər (5 – 6 mm) vasitəsilə oynaqlarda əməliyyatlar aparmağa imkan verir.
Ətraflı>>>
Bud-çanaq oynağının endoprotezləşdirilməsi

Bud-çanaq oynağı sadə oynaqlardan olub bud sümüyü başından və sirkə kasasından ibarətdir. Normada oynaq başı və oynaq boşluğu qığırdaqla örtülüdür. Bu isə hərəkət zamanı oynaq başının oynaq boşluğunda sürtünməsinin qarşısını alır, ağrı olmur.
Ətraflı>>>
ONURĞA SÜTUNU CƏRRAHİYYƏSİ

müasir təbabətin ən sürətlə inkişaf edən sahələrindən biridir. Son on ildə bu sahədə əldə edilmiş elmi və texniki nailiyyətlər onurğa sütunu cərrahiyyəsinə kifayət qədər yeniliklər gətirmişdir.
Ətraflı>>>
VERTEBROPLASTİKA

onurğa sütununun zədələnmiş hissələrinin xüsusi plastik material və ya sümük sementindən istifadə etməklə möhkəmləndirilməsidir. Bu əməliyyat onurğa sütunu fəqərələrinin sinir strukturlarının sıxılması ilə müşahidə edilməyən travmatik və ya patoloji kompression sınıqları zamanı tətbiq edilir.
Ətraflı>>>
SKOLIOZ

onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır.
Ətraflı>>>