Siz buradasınız: Stasionar / Travmatologiya və ortopediya / ...

RU

TRAVMATOLOGIYA və ORTOPEDIYA

N.Tusi adına Klinikanın travmatologiya və ortopediya şöbəsində dayaq-hərəkət sistemi xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır. Ən yeni diaqnostik və endovideocərrahi avadanlıqlar müxtəlif spektrli xəstəliklərin vaxtında və dəqiq diaqnozunun qoyulmasına imkan verir.



N.Tusi adına Klinikanın travmatologiya və ortopediya şöbəsində aşağıdakı əməliyyatlar aparılır:

  • Bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi
  • Diz oynağında artoskopik əməliyyatlar
  • Müxtəlif dərəcəli sınıqların müalicəsi, o cümlədən iri, orta və xırda sümüklərdə osteosintez, bud sümüyü boynunun sınıqlarında operativ müalicə və s.
  • Rekonstruktiv və plastik əməliyyatlar – ətrafların uzadılması, anadangəlmə əyriboyunluluq və əyripəncəlik zamanı əməliyyatlar, əzələ, vətər və bağların plastikası, oynaq kontrakturalarının mobilizasiyası, adəti çıxıqların cərrahi müalicəsi və s.
  • Əlin və pəncənin cərrahiyyəsi

Oynağın endoprotezləşdirilməsi – oynaq komponentlərinin endoprotezlərlə əvəz olunması əməliyyatıdır. Endoprotez normal oynağın formasını təkrarlayaq onun funksiyalarını əvəz edir. Oynaq səthlərinin destruksiyası, hərəkət zamanı güclü ağrılar və hərəkət məhdudluğu zamanı oynaqların endoprotezləşdirilməsi əməliyyatına ehtiyac duyulur. Bir çox hallarda bud-çanaq və diz oynağının endoprotezləşdirilməsi aparılır. N.Tusi adına klinikada Almaniya, İtaliya, İsveçrə istehsalı olan yüksək keyfiyyətli metallik endoprotezlərdən istifadə olunur. Müasir protezlər 15 il və daha artıq müddətdə istifadə oluna bilər, oynaq funksiyasını yerinə yetirmədikdə isə başqası ilə əvəz oluna bilər. Ətraflı...

Artroskopiya – oynaqlarda əməliyyat aparmağa imkan verən endocərrahi texnikadır. Xırda ölçülü miniatür cərrahi alətlər, videokameralar və videomonitorlar həkimlərə çox xırda kəsiklər (5–6 mm) vasitəsilə oynaq boşluğunu müayinə etməyə və əməliyyat aparmağa imkan verir. Artroskopiya vasitəsilə meniskin zədələnmiş hissəsini xaric etmək, zədələnmiş bağları və qığırdağı bərpa etmək və digər bu kimi mürəkkəb cərrahi manipulyasiyaları həyata keçirmək olar. Ətraflı ........

N.Tusi adına Klinikanın travmatologiya və ortopediya şöbəsində aşağıdakı artroskopik əməliyyatlar aparılır.

  • Diz oynağının ön və arxa xaçabənzər bağlarında bərpaedici – rekonstruktiv əməliyyatlar
  • Meniskin bərpa edilməsi (tikilməsi)
  • Travmalardan sonra oynaq debritmanı əməliyyatı (spaykaların, çapıqların, sərbəst cisimlərin xaric edilməsi)
  • Oynaq boşluğunda olan sümük və qığırdaq fraqmentlərinin xaric edilməsi
  • Sinovial qişanın çapıqlarının, büküşlərinin və törəmələrinin xaric edilməsi, sinovial qişanın biopsiyası
  • Oynaq qığırdağı patologiyalarında mozaik xondroplastika əməliyyatı
  • Zədələnmiş qığırdaq nahiyəsinə lokal olaraq xondroprotektorların yeridilməsi.

Eyni zamanda N. Tusi adına Klinikada dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində zərbə dalğalı terapiyadan (DUOLİTH SD1, KARL STORZ, Almaniya ) da uğurla istifadə edilir.

         < < < MƏQALƏLƏR > > >

Artroskopiya

oynaqlarda endocərrahi əməliyyatlar aparmağa imkan verən müalicə metodudur. Kiçik ölçülü miniatür cərrahi instrumentlər, videomonitor və videokamera çox xırda kəsiklər (5 – 6 mm) vasitəsilə oynaqlarda əməliyyatlar aparmağa imkan verir.
Ətraflı>>>
Bud-çanaq oynağının endoprotezləşdirilməsi

Bud-çanaq oynağı sadə oynaqlardan olub bud sümüyü başından və sirkə kasasından ibarətdir. Normada oynaq başı və oynaq boşluğu qığırdaqla örtülüdür. Bu isə hərəkət zamanı oynaq başının oynaq boşluğunda sürtünməsinin qarşısını alır, ağrı olmur.
Ətraflı>>>
ONURĞA SÜTUNU CƏRRAHİYYƏSİ

müasir təbabətin ən sürətlə inkişaf edən sahələrindən biridir. Son on ildə bu sahədə əldə edilmiş elmi və texniki nailiyyətlər onurğa sütunu cərrahiyyəsinə kifayət qədər yeniliklər gətirmişdir.
Ətraflı>>>
VERTEBROPLASTİKA

onurğa sütununun zədələnmiş hissələrinin xüsusi plastik material və ya sümük sementindən istifadə etməklə möhkəmləndirilməsidir. Bu əməliyyat onurğa sütunu fəqərələrinin sinir strukturlarının sıxılması ilə müşahidə edilməyən travmatik və ya patoloji kompression sınıqları zamanı tətbiq edilir.
Ətraflı>>>
SKOLIOZ

onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır.
Ətraflı>>>