|
Torakal cərrahiyyə – tibbin döş boşluğu
orqanlarının (ağciyərlər, plevra, orta divar aralığı)
cərrahi müalicəsi ilə məşğul olan bir sahəsidir.
İlk dəfə olaraq Azərbaycanda N. Tusi adına Klinikada döş
boşluğu orqanlarının cərrahi müalicəsində endoskopik (torakoskopik)
metodlar tətbiq olunur.Yüksək texnologiyalı, az travmatik bu
əməliyyatların aparılmasında endoskopik avadanlıqların
istehsalında dünya lideri olan Karl Storze alman firmasının
məhsullarından istifadə edilir.
Torakoskopiya zamanı diametri 5-10 mm olan dəliklər
vasitəsilə döş boşluğuna xüsusi incə instrumentlər yeridilir,
miniatür telekameranın vizual kontrolu altında bir sıra
cərrahi manipulyasiyalar həyata keçirilir (plevral boşluğa
baxış, orta divar aralığında yerləşən limfa düyünlərindən və
ya hər hansı bir törəmədən biopsiya götürülməsi, ağciyərin
zədələnmiş hissəsinin rezeksiyası və s.). Açıq metodla
aparılan klassik əməliyyatlardan fərqli olaraq torakoskopik
operasiyalardan sonrakı reablitasiya dövrü daha qısamüddətli
olur və xəstə normal həyat rejiminə daha tez qayıdır.
N. Tusi adına Klinikanın cərrahiyyə şöbəsində döş boşluğu
və orta divararalığı orqanlarında aşağıdakı endocərrahi
müdaxilələr aparılır:
- Mediastinoskopiya (limfa düyünlərinin biopsiyası ilə
birlikdə)
- Diaqnostik torakoskopiya
- Torakoskopiya plevranın biopsiyası ilə birlikdə
- Torakoskopiya ağciyərlərin biopsiyası ilə birlikdə
- Torakoskopiya və plevra boşluğunda olan törəmələrin
xaric edilməsi
- Torakoskopiya və ağciyərlərin kənari rezeksiyası
- Hidroperikard zamanı dekompressiya və torakoskopiya
- Hemotoraksın torakoskopik olaraq aradan qaldırılması
Klassik metodlarla aparılan cərrahi əməliyyatlar:
- Plevra boşluğunda olan törəmənin biopsiyası
- Ağciyərlərin kənari rezeksiyası
- Exinokokkektomiya (1 sist)
- Exinokokkektomiya (2 sist)
- Exinokokkektomiya (3 sist)
- Hemotoraksın torakotomik olaraq aradan qaldırılması
- Empiema zamanı dekortikasiya və plevrektomiya
- Torakotomoya bronxların tikilməsi ilə birlikdə
- Lobektomiya
- Bilobektomiya
- Pulmonektomiya
- Genişləndirilmiş pulmonektomiya
- Torakotomiya və zədələnmiş ağciyərə tikiş qoyulması
|