Siz buradasınız: Stasionar/ Reanimasiya və intensiv terapiya/ ...

İNTENSİV TERAPİYA XİDMƏTİ

N. Tusi adına klinikada reanimasiya şöbəsinin tabeliyində intensiv terapiya xidməti fəaliyyət göstərir. Əməliyyatdan sonrakı xəstələrin müalicəsi və müşahidəsi ilə yanaşı şöbədə müxtəlif növ endotoksikozlar – qaraciyər, böyrək çatışmazlığı, müxtəlif mənşəli tənəffüs çatışmazlığı, kəskin nevroloji patologiyalar və s. halların da müalicəsi də aparılır. Şöbənin quruluş və yerləşim planı qısa müddətdə minimal əmək sərfi ilə xəstələrin əməliyyat blokundan, təxirəsalınmaz təcili tibbi yardım şöbəsindən və digər şöbələrdən buraya və əksinə daşınmasına imkan yaradır.

Şöbə mərkəzləşdirilmiş ventilyasiya , kondisioner, oksigenlə təminat və vakuum sisteminə malikdir. Bütün sistem xüsusi siqnalizasiyalı kontrol ötürücülərlə təchiz olumuşdur.

Şöbədə aşağıdakı tibbi avadanlıqlar vardır:

  • Xəstənin əsas həyati funksiyalarını (nəbz, arteial təzyiqin invaziv və qeyri-invaziv metodlarla ölçülməsi, mərkəzi venoz təzyiq, temperatur, tənəffüs hərəkətlərinin sayı, qanın oksigenlə doyma dərəcəsi, EKQ) daim nəzarətdə saxlamağa imkan verən monitorlar.
  • Süni tənəffüs aparatları HAMİLTON MEDİCAL firmasının istehsalıdır. Müxtəif genezli tənəffüs çatışmazlığı olan xəstələrin uzun və qısa müddətli olaraq tənəffüs fəaliyyətini əvəz etməyə imkan verir.
  • “RAFAEL SİLVER” süni tənəffüs aparatları ağciyərlərin ventillyasiyası üçün xüsusi intellektual rejimə malikdirlər. Sərbəst şəkildə xəstənin tənəffüsünə adaptasiya edərək qısa müddət ərzində spontan tənəffüsün bərpasına nail olur.Bu respiratorlar müxəlif dərman preparatlarının bilavasitə tənəffüs yollarına yeridilməsi üçün inhalyasiya məqsədilə də isifadə edilir. Bu isə həmin preparatların sistem şəklində yeridilməsi zamanı meydan çıxan yan təsirlərin qarşısını alır.
  • Infuzion terapiya zamanı dərman preparatlarının proqramlaşdırılmış şəkildə dozalanmasına imkan verən xüsusi aparatlar. Bu aparatlar infuzion terapiyanın keyfiyyətini daha da yaxşılaşdıraraq dərmanların dəqiq dozalanmasını təmin edir və bununla da meydana çıxa biləcək yan təsirlərin əmələ gəlmə riski xeyli azalır.
  • Xəstələrin vəziyyətini dianmikada müşahidə etmək üçün laboratoriyada xüsusi ekspress-rejim yaradılmışdır. Qanın bütün vacib parametrlərinin (hemoqramma, biokimyəvi göstəricilər, koaquloqrammanın monitorinqi, qan qazlarının təyini, turşu-qələvi müvazinəti, seroloji analizlər, süni yaradılmış hemofiliyanın monitorinqi, tətbiq edilmiş efferent terapiyanın adekvatlığının təyini və s.) dinamikada müşahidəsi xəstəyə aparılan intensiv terapiyanın nəticələrini real zaman rejimində qiymətləndirməyə imkan verir. Laborator müayinələr sutka ərzində tam həcmdə olaraq aparıla bilər.
  • Şöbədə istifadə olunan çarpayılar xəstələrin uzun müddətli yataq rejimində qalması zamanı ağciyər arteriyalarının tromboemboliyası, yataq yaraları və s. kimi ağırlaşmaların baş verməməsi üçün şərait yaradır.
  • İntensiv terapiya şöbəsinin strukturu və yerləşməsi ehtiyac yarandığı hallarda pasiyentlərin bir sıra instrumental müayinələrdən (kompüter tomoqrafiyası, maqnit rezonanas tomoqrafiyası və s.) keçməsinə tam olaraq imkan verir. Bundan əlavə xəstələrin dianmik müşahidəsini aparmaq üçün yerində ultrasəs müayinəsi, doppleroqrafiya, exokardioqrafiya və s. müayinələrdən də istifadə edilir.

N. Tusi adına Klinikada müxtəlif genezli endotoksikozlar-qaraciyər, böyrək çatışmazlığı, sepsis və s. kimi hallar hemodializ, hemosorbsiya, ultrafiltrasiya, plazmoferez kimi metodların tətbiq olunması ilə müalicə olunur. Klinikamızın bu sahədə artıq kifayət qədər təcrübəsi vardır.

Şöbəyə həmçinin kəllə-beyin travmaları, insult, döş qəfəsinin travmaları, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, bronxial astma, pnevmotoraks, ağciyərlərin kəskin iltihabı və s. xəstəliklərlə də pasiyentlər qəbul edilərək müalicəyə götürülür. Bu cür hallar kəskin tənəffüs çatışmazlığı ilə müşahidə olunur. Xəstələrə uzunmüddətli inhalyasiyalar, medikamentlərin damardaxili infuziyası, sanatsion bronxoskopiya kimi metodlar tətbiq olunur. Göstərişə uyğun olaraq qanın qaz tərkibini və turşu-qələvi müvazinətini nəzarətdə saxlamaqla respiratorlardan da istifadə edilir.

Şöbənin müasir tibbi avadanlıqlarla təchizatı, həkimlərin və orta tibbi personalın yüksək peşəkarlığı, digər şöbələrlə qarşılıqlı əlaqələrin olması və s. göstəricilər müxtəlif ağırlıq dərəcəsinə malik somatik xəstələrin qəbulu və müalicəsi üçün tam zəmin yaradır.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >