|
N.Tusi adına Klinikada fəaliyyət göstərən
anesteziologiya şöbəsi tibb elminin müasir inkişafından
bəhrələnərək yüksək səviyyəli anestezioloji xidmət göstərir.
Klinikamızda icra olunan uroloji, ortopedik, otolorinqoloji,
torakal, abdominal əməliyyatların ağrısızlaş dırılması üçün
anesteziyanın müxtəlif növlərindən istifadə olunur.
Əməliyyat otaqlarının müasir tibbi avadanlıqla təchiz
olunması, dünyada qəbul olunmuş anestezioloji protokollar
əsasında aşağıdakı anesteziya növlərini həyata keçirməyə
şərait yaradır.
Ümumi anesteziya:
- Tam venadaxili anesteziya
- Kombinə olunmuş venadaxili anesteziya
- Endotraxeal intubasion anesteziya
- Selektiv bronxial intubasion anesteziya

Regionar anesteziya:
- Peridural anesteziya
- Spinal anesteziya
- Kaudal anesteziya
- Kombinəolunmuş peridural+spinal anesteziya
- Kombinəolunmuş spinal+venadaxili anesteziya
- Regionar venadaxili anesteziya və s.

Anesteziya növü seçilərkən, icra olunacaq cərrahi
əməliyyatın həcmi və ağırlıq dərəcəsi xəstənin yaşı, yanaşı
xəstəlikləri, psixoloji durumu və s. nəzərə alınır. Xəstələr
şöbənin təcrübəli mütəxəssisləri tərəfindən əməliyyat öncəsi
müayinə olunur, müvafiq labarator instumental müayinələrdən
sonra anesteziya növü seçiliir və lazım gələrsə ixtisasçı
həkim (endokrinoloq, kardioloq) tətəfindən əməliyyata
hazırlanır. Əməliyyat önü xəstələrin psixoloji
hazırlanmasına, seçilən anesteziya növü haqqında
məlumatlandırılmasına xüsusi diqqət yetirilir.
Anestezioloqiya şöbəsinin həkimləri və tibbi personalı
ixtisas səviyyələrini artırmaq məqsədi ilə mütəmadi müxtəlif
ölkələrin klinikalarında təcrübə kursları keçirlər.
Klinikamızda fəaliyyət göstərən anesteziologiya şöbəsi ən
müasir avadanlıqla təchiz olunmuşdur ki, bu da əməliyyat
zamanı pasientin maksimal təhlükəsizliyini təmin etməyə,
anesteziologiya elminin son nailiyyətlərindən bəhrələnməyə
imkan verir. Əməliyyat zamanı xəstənin həyati göstəriciləri
müasir və çoxfunksiyalı Nihon-Kohden monitorları vasitəsi
ilə daimi nəzarətdə saxlanılır. Bu monitor vasitəsi ilə eyni
anda xəstənin invaziv və qeyri-invaziv arterial təzyiqi,
elektrokardioqramması, hərarəti, nəbzi, qanın O2 təchizatı
və s. haqqında informasiya almaq mümkündür.
Daimi monitorinq baş verəbiləcək ağırlaşmaların qarşısını
almağa anesteziya riskini azaltmağa xidmət edir.
Draqer firmasınınVamos kapnoqrafları vasitəsi ilə
tənəffüs havasındakı CO2 qazının miqdarı, uçucu
anestetiklərin qatılığının monitorinqi aparılır və
korreksiya olunur. Tənəffüs aktının qrafik nəzarəti və digər
göstəricilər anesteziyanın dərinliyi və relaksasiyanın
səviyyəsi haqqında təsəvvür yaradır. Qeyd edək ki, xüsusi
ilə laparaskopik əməliyyatlarzamanı kapnoqrafiq monitorinq
çox vacibdir, belə ki qanda artan CO2 səviyyəsi nəticəsinndə
yaranan dəyişikliklər, A/T yüksəlməsi taxikardiya, beyin
damarlarının genişlənməsi nəticədə durğunluq və hipoksiya
kimi ağırlaşmaların qarşısını almağa imkan verir.
Klinikamızın əməliyyat otaqları dünyanın aparıcı
firmalarının narkoz aparatları ilə təchiz olunmuşdur.
DATEX-OHMEDA S/5 AESPIRE, HEİNEN LÖWENSTEİN LEON PLUS,
HEİNEN LÖWENSTEIN SYMEON aparatları ilə xəstənin
çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional
vəziyyətinə uyğun tənəffüs parametrləri seçərək müxtəlif
rejimlərdə ağciyərlərin süni ventilyasiyası ilə,
anesteziyanı təmin etmək mümkündür. Bu aparatların yüksək
həssas alarm sistemi hər hansı bir dəyişikliyi anında
bildirir və tez-tez rast gəlinən ağciyərlərin barotravması,
hipoksiya, tənəffüs asidozu və s ağırlaşmarın qarşısını
almaq olur.
Əməliyyat otaqlarının mərkəzləşmiş hava və oksigen
təchizatının olması xəstələrin maksimal təhlükəsizliyinə
xidmət edir. Belə ki, mərkəzi xətdə O2 və ya havanın təzyiqi
normadan aşağı enərsə siqnal sistemi işə düşür və gözlənilən
təhlükə həmin dəqiqə aradan qaldırılır. Anestezioloqiya
elminin müasir tələblərinə cavab verən anestetiklərin
istifadəsi yüksək səviyyəli anesteziya aparılmasına,
ağırlaşma faizinin minimuma endirilməsinə, əməliyyatdan
sonra xəstənin tez və rahat oyanmasına xidmət edir.
Mərkəzləşmiş havalandırma sistemi əməliyyat otaqlarında
xüsusi filtrlərlə təchiz olunmuşdur. Əməliyyatın növündən
asılı olaraq əməliyyat otağının temperaturu mərkəzləşmiş
qaydada tənzimlənir.
|