|
N.Tusi adına Klinikanın reanimasiya və intensiv
terapiya şöbəsi 4 əməliyyat otağının işini təmin edir.
Bu əməliyyat otaqlarında abdominal, torakal, uroloji,
proktoloji, ginekoloji, travmotoloji və ortopedik, plastik
və s.cərrahi əməliyyatlar aparılır. Şöbə ən müasir
narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı,
defibrillyator, monitor kompleksləri və s. avadanlıqlarla
təchiz olunmuşdur. Burada ən müasir və əsas anesteziya
metodlarından istifadə olunur, pasiyentin vəziyyəti daimi və
hərtərəfli monitorlar vasitəsilə nəzarətdə olur.

Reanimasiya zalı 6 çarpayı üçün nəzərdə tutulmuşdur. 2 ədəd
izoləolunmuş palata fəaliyyət göstərir. Cərrahi əməliyyatdan
sonrakı xəstələr,eyni zamanda müxtəlif ürək-damar, həzm,
tənəffüs, sidik-ifrazat sisteminin ağır xəstəlikləri olan
pasiyentlərə nəzarət və müalicə bu şöbədə həyata keçirilir.
Müasir çoxfunksiyalı monitorlar hər bir pasiyentin əsas
həyati funksiyalarını daimi nəzarətdə saxlamağa imkan verir.
Buraya arterial təzyiq (invaziv və qeyri-inaziv metodla),
nəbz, bədən temperaturu, hemoqlobinin oksigenlə doyma
dərəcəsi, EKQ monitorinqi və s. daxildir.
İnfuzion terapiya dərman maddələrinin xüsusi
dozatorları-infuzomatov və perfuzor şprislər vasitəsilə
aparılır. Şöbədə pasiyentlərin müalicəsi üçün ən müasir
intensiv terapiya metodlarından istifadə olunur,
ürək-ağciyər reanimasiyası, müxtəlif rejimlərdə ağciyərlərin
süni ventilyasiyası həyata keçirilir.
|