Siz buradasınız: Stasionar/ Neyrocərrahiyyə/ ...

ONURĞA SÜTUNUNUN BEL NAHİYƏSİNDƏ ƏMƏLƏ GƏLƏN YIRTIQLARIN OPERATIV MÜALİCƏSİ

Əksər hallarda disk yırtığı osteoxondrozun nəticəsi olaraq meydana çıxır. Fəqərəarası disklər onurğa sütununu təşkil edən fəqərələr arasında yerləşir və onun hərəkətliliyini təmin edir. Diskin mərkəzində pulpoz nüvə yerləşir ki, bu da fibroz həlqə ilə əhatə edilmişdir.Disk bir tərəfi ilə onurğa sütunu kanalı ilə təmasdadır və buradan da beyin-onurğa beyni mayesi vasitəsilə qidalanır.
Diskin degenerasiyası
Prolaps
Diskin yırtığı
Sekvestrasiya

İnsan yaşlaşarkən diskin struktur tərkibi tədricən dəyişilir və getdikcə dağılmağa meylli olur.Sərt fibroz həlqə kövrəkləşir və cüzi bir travma xırda çatların əmələ gəlməsinə səbəb olur. Buradan da maye pulpoz həlqə onurğa beyni kanalına nüfuz edir. Və beləliklə də disk yırtığı inkişaf edir. Onurğa sütununun bel nahiyəsi yırtığının əsas xarakterik simptomu beldə əmələ gələn ağrıların ayaqlara irradiasiya etməsidir.

Yırtığın əmələ gəlmə mərhələləri

  • Diskin ilkin degenrasiyası
  • Prolaps
  • Disk yırtığının formalaşması
  • Sekvestrasiya

Bel yırtığı zamanı əməliyyata göstəriş aşağıdakılardır:

  • Ağrılar dözülməz həddə çatmış, müalicə heç bir effekt vermir və xəstə normal həyat fəaliyyəti sürə bilmir.
  • Əzələ atrofiyası əlamətləri inkişaf edir, hissiyyat pozulur, yeriyərkən ayaqlarda zəiflik və çətinlik müşahidə edilir. Sidik və nəcis ifrazında pozğunluq baş verir və s.
  • Göstərilən əlamətlər bəzən geriyədönməz xarakter daşıya bilər, buna görə də bu hallarda əməliyyat birbaşa göstəriş hesab edilir.

Bu gün N. Tusi adına Klinikada bel nahiyəsinin fəqərəarası disk yırtığında ən müasir operativ müdaxilə metodu – mikrocərrahi interlaminektomiya tətbiq edilir. Bu metod digər klassik metodlara nisbətən daha az travmatikdir. Dəri kəsiyi 3–5 sm-ə qədər azaldılır, fəqərənin hər hansı bir hissəsi xaric edilmir, əzələ və vətərlər daha az zədələnir və beləliklə əməliyyatdan sonrakı bərpa dövrü də xeyli qısalır. Əməliyyat ümumi anesteziya altında aparılır. Bu zaman xüsusi mikrocərrahi instrumentlər istifadə edilir. Artıq əməliyyatdan 2 saat sonra xəstə adi palataya köçürülür və 3 sutkadan sonra normal həyat fəaliyyətinə dönə bilir.