Siz buradasınız: Stasionar / Neyrocərrahiyyə / ...

RU

NEYROCƏRRAHIYYƏ

N. Tusi adına Klinikada mərkəzi və periferik sinir sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır. Neyrocərrahiyyə və neyrotravmatologiyanın son illər əldə etdiyi nailiyyətlər əvvəllər müalicə olunmayan bir sıra mürəkkəb xəstəliklərin də müalicəsini mümkün edib.

N. Tusi adına Klinikanın neyrocərrahi xidmətinin prioritet istiqamətləri aşağıdakılardır:
  • Fəqərəarası disk yırtıqlarının və onurğa sütununun həcmli proseslərinin operativ yolla aradan qaldırılması
  • Baş beyinin travmatik hematomalarının, insult zamanı yaranan hematomaların və həcmli proseslərin operativ müalicəsi
  • Periferik sinir patalogiyalarının operativ müalicəsi.

N. Tusi adına klinikada aşağıdakı neyrocərrahi əməliyyatlar aparılır:

  • Bel nahiyəsindəki fəqərəarası disk yırtığının mikrocərrahi metodla aradan qaldırılması (interlaminektomiya)
  • Boyun nahiyəsinin fəqərəarası disk yırtıqlarının aradan qaldırılması (ön və arxa müdaxilə ilə)
  • Baş beyinin həcmli prosesləri zamanı operativ müdaxilə
  • Hidrosefaliya, şuntlama əməliyyatları
  • Onurğa beyninin həcmli proseslərinin operativ müalicəsi (intradural, ekstradural, intramedullyar)
  • Periferik sinirlərin zədələnməsi, nevroliz, sinirlərə tikiş qoyulması
  • Kəllə-beyin travmaları – subdural, epidural, beyindaxili hematomaların xaric edilməsi
  • Arxa kəllə çuxurundakı həcmli proseslərin xaric edilməsi
  • Hemorragik insultlar, hematomaların xaric edilməsi

Əməliyyatönü xəstələrin kompleks müayinəsini aparmaq üçün klinikada ən müasir laborator və instrumental diaqnostika metodlarından istifadə edilir:

  • KT-kompüter tomoqrafiya
  • MRT-maqnit-rezonans tomoqrafiya
  • Rentgen müayinəsi
  • USM, onurğa və yuxu arteriyalarının doppleroqrafiyası
  • Laborator diaqnostika

Bu gün onurğa sütununun ən geniş yayılmış xəstəliklərindən biri olan bel nahiyəsinin yırtıqlarının müalicəsi məqsədilə klinikda mikrocərrahi əməliyyat – interlaminektomiya tətbiq edilir. Ətraflı...

Həkimlərin nəzərinə kliniki praktikadan hadisə təklif edirik: yükləmək.