| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Stasionar/ Otorinolarinqologiya/ ... | |
|
OTORİNOLARİNQOLOGİYADA ANESTEZIYA | |
|
Burun, boğaz və qulaq nahiyəsində aparılan əməliyyatlar
əksər hallarda xəstələr tərəfindən çox ağrılı və diskomfort
yaradan əməliyyatlar kimi qəbul edilir. Bu həmin nahiyələrin
çox həssas və refleksogen zonalarla zəngin olması ilə izah
olunur. Eyni zamanda bu nahiyələr zəngin qan təchizatı,
selikli qişanın daha zərif və nazik olması ilə xarakterizə
olunur. Nəzərə alsaq ki, otorinolarinqoloji xəstəliklər ən çox uşaqlar arasında təsadüf olunur, onda bu nahiyədə həyata keçirilən əməliyyatların aparılma mürəkkəbliyi də aydın olar. Müasir dövrdə endoskopik metodların geniş tətbiqi otorinolarinqoloji xəstəliklərin müayinəsi və müalicəsi imkanlarını xeyli rahatlaşdırmışdır. Endoskopik müayinələr zamanı patoloji ocağın monitorda böyüdülmüş təsvirinin yaradılması diaqnozun qoyulmasını asanlaşdırmaqla yanaşı, ehtiyac olarsa həmin nahiyədən biopsiya götürmə imkanını da yaradır. Lakin emosional labil xəstələrdə bu prosedurların həyata keçirilməsi bir qədər çətinlik yaradır. Məhz bu çətinlikləri aradan qaldırmaq məqsədilə N. Tusi adına Klinikada LOR kabinetdə aparılan manipulyasiyalar zamanı anestezioloji xidmətdən istifadə olunur. Operativ və diaqnostik manipulyasiyaların növündən asılı olaraq geniş spektrli aneseziya üsulları tətbiq olunur (yerli və ümumi anesteziya). Lakin əhali arasında anestezioloji xidmətdən istifadənin orqanizmə mənfi təsiri olması barədə çox yanlış təsəvürrlər mövcuddur. Bu da həkimlərə onlara bunun əksini başa salmaq kimi əlavə öhdəliklər yaradır. 40-50 il bundan qabaq istifadə olunan dərmanlardan fərqli olaraq müasir preparatlar daha seçicidirlər. Xəstəni müayinə edərkən həkim onun emosional vəziyyətinə, refleksogen zonaların həssaslığına xüsusi diqqət yetirir. Əksər hallarda endoskopik diaqnostika zamanı sinir-psixiki gərginliyi azaltmaq məqsədilə xəstəni yüngül yatızdırmaq lazım gəlir. Lakin bu texniki cəhətdən asan olan manipulyasiyalarda tətbiq edilir. Daha mürəkkəb manipulyasiyalarda və operativ müdaxilələr zamanı isə anesteziyanın digər metodlarından istifadə olunur. |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi