|
Otorinolarinqologiya (LOR) – tibbin burun boşluğu,
udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və
diaqnostikası ilə məşğul olan bir sahəsidir. N. Tusi adina Klinikanın LOR-xidməti Avropa standartlarına cavab verən
diaqnostika avadanlıqları ilə təchiz edilmişdir. “MEGA” şirkətinin LOR-kombaynı
vasitəsi ilə qulaq, burun, boğaz müayinəsi endoskopik üsulla aparılır.
Endoskopik üsul LOR-üzvlərini və onların patoloji dəyişikliyini bir neçə
dəfə böyüdülmüş vəziyyətdə monitorda müşahidə etməyə imkan verir.
Almaniyanın “KARL STORZ” şirkətinin strobolarinqoskopu vasitəsi ilə səs
tellərinin dəqiq endoskopik müayinəsi aparılır. İstənilən halda səs tellərinin
müayinə görüntüsü CD, DVD diskə fayl şəklində yazılaraq pasientə verilə bilər.
Klinikada geniş spektrli LOR – cərrahiyyə xidməti uğurla fəaliyyət göstərir.
Burun boşluğunda, burunətrafı ciblərdə, burun-udlaqda və səs tellərində icra
olunan əməliyyatlar endoskopik üsulla aparılır. Bu üsul toxumalarla daha incə
və az invaziv rəftar etməyə imkan verir. Bu da öz növbəsində xəstənin əməliyyatdan
sonra ən qısa zamanda bərpa olmasına şərait yaradır.
Klinikanın LOR-həkimləri xaricdə təhsil və təcürbə keçmiş yüksək ixtisaslı kadrlardır.
|