| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Stasionar / İnvaziv radiologiya / ... | |
|
İNVAZİV RADİOLOGİYA | |
|
İnvaziv radiologiya – dəridən keçən cərrahi müdaxilə
yolu ilə şüa metodlarının tətbiqi ilə birlikdə, aparılan
manipulyasiyalara nəzarət etməklə bir sıra xəstəliklərin
diaqnostika və müalicəsində istifadə edilən bir metoddur.
İlk etapda şüa diqnostikasından istifadə etməklə prosesin həcmi xə xarakteri dəqiqləşdirilir. Lazımi diaqnostik manipulyasiyaları həyata keçirdikdən sonra həkim müalicə prosesinə keçir. Bütün bu proseslər diaqnostik aparatın ekranında izlənilir. Bəzi hallarda invaziv radiologiya adi əməliyyatlara nisbətən daha effektli olur. Az travmatik alətlərdən istifadə, sadə texniki müdaxilələr, ümumi ağrısızlaşdırılmaya olan ehtiyacın aradan qaldırılması və s. invaziv radiologiyanın üstünlükləri hesab edilir. İnvaziv radiologiya dərində yerləşmiş orqan və toxumalardan həyati vacib heç bir strukturu zədələmədən biopsiya götürməyə imkan verir. N. Tusi adına Klinikanın zəngin instrumental-diaqnostik bazası – kompüter tomoqrafiya, maqnit-rezonanas tomoqrafiya, rəqəmli rentgen aparatı, portativ ultrasəs aparatı, əməliyyat zamanı rentgenoskopiya aparılması üçün rentgen aparatı və tam təchiz olunmuş əməliyyatxana invaziv radiologiyanın bir çox metodlarını tətbiq etməyə imkan verir:
Müxtəlif orqanlarda olan kista və absseslərin punksiyası və sonradan drenə olunması aşağıdakı ardıcıllıqla həyata keçirilir. İlk olaraq hər hansı bir şüa müayinəsi metodu (USM, KT, MRT, rentgen) vasitəsilə absses xüsusi alət vasitəsilə punksiya edilir və içərisində olan irinli möhtəviyyat xaric edilir. Sonra isə əmələ gəlmiş boşluğa xüsusi dərman maddələri yeridilir və sonrakı prosedurlar üçün drenaj qoyulur. Mexaniki sarılıq zamanı öd yollarının kateterizasiyası və dekompressiyası aparılmaqla iri həcmli operativ müdaxilə olmadan ödün axması üçün yol açılır. |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |




Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi