Siz buradasınız: Stasionar/ Ginekologiya/ ...

GİNEKOLOGİYA

N.Tusi adına Klinikanın ginekologiya şöbəsində müxtəlif ginekoloji və uroginekoloji xəstəliklərin kompleks müayinəsi, konservativ və cərrahi müalicəsi aparılır. Burada laparoskopik, abdominal, vaginal operasiyalardan, histeroskopiya və histerorezktoskopiyadan istifadə etməklə müxtəlif ginekoloji xəstəliklərin yüksək texnologiyalı cərrahi müalicəsi aparılır.

Endocərrahi və mikrocərrahi əməliyyatlar cərrahi ginekoloji xidmətin əsas prioritetləridir. Endocərrahi əməliyyatlar uşaqlığın mioması, ağır dərəcəli endometriozlar, uşaqlıqdankənar hamiləliklər zamanı orqansaxlayıcı nəticələr almağa imkan verir. Bu isə xüsusilə gənc yaşlı pasiyentlər üçün çox əhəmiyyətlidir. Laparoskopik olaraq spaykaların aradan qaldırılması və boru keçiriciliyinin bərpa olunması boru mənşəli sonsuzluqlar zamanı çox yaxşı effekt verir. Yumurtalıq kistinin aradan qaldırılması, yumurtalıqların sektoral rezeksiyası və elektrokauterizasiyası, miomatoz düyünlərin xaric edilməsi, uşaqlıq sallanmasının korreksiyası, endometriozun müalicəsi, uşaqlığın amputasiyası və ekstripasiyası kimi əməliyyatlar laparoskopik texnikadan istifadə etməklə çox yüksək səviyyədə həyata keçirilir. Halbuki bu cür əməliyyatlar əvvəllər yalnız açıq müdaxilələr vasitəsilə aparılırdı.

Histeroskopiya və histerorezektoskopiya uşaqlıqdaxili poliplərin və submukoz miomatoz düyünlərin, uşaqlıq daxili yad cisimlərin xaric edilməsi, uşaqlıqdaxili bitişmələrin aradan qaldırılması, endometriumun adenomiozu və hiperplaziyası zamanı istifadə edilir. Stress mənşəli sidik ifrazını saxlaya bilməmək kimi çox geniş yayılmış bir xəstəliyin müalicəsində Klinikada müasir mikrocərrahi,endocərrahi və klassik (açıq üsulla) plastik operativ müdaxilələrdən, o cümlədən TVT, TVT-O, sintetik ilgək vasitəsilə plastika – stress mənşəli sidik ifrazı saxlaya bilməməyin müalicəsinin “qızıl standartı” kimi əməliyyatlardan istifadə olunur. Ətraflı......

N.Tusi adına Klinikanın ginekologiya şöbəsində aparılan operativ müdaxilələr aşağıdakılardır:

Laparoskopik əməliyyatlar:
  • Diaqnostik laparoskopiya
  • Laparoskopik sterilizasiya
  • Uşaqlıqdankənar hamiləlik zamanı laparoskopik əməliyyat
  • Yumurtalıqların sektoral rezeksiyası
  • Yumurtalıqları elektrokauterizasiyası
  • Laparoskopik kistekektomiya
  • Endometriozun laporoskopik müalicəsi
  • Laparoskopik adgeolizis
  • Uşaqlıq borularının keçiriciliyinin laporoskopik yolla bərpa olunması (salpinqoovariolizis, salpinqostomiya, fimbrioplastika)
  • Laparoskopik konservativ miomektomiya
  • Subtotal histerektomiya (amputasiya)
  • Total histerektomiya
  • Uşaqlıq prolapsının laparoskopik korreksiyası
  • Berç üsulu ilə laparoskopik əməliyyat

Histeroskopiya

  • Diaqnostik histeroskopiya
  • Operativ histeroskopiya
  • Histerorezektoskopiya

Açıq (klassik) əməliyyatlar

  • Vaginal histerektomiya, ön-arxa kolporafiya
  • Total abdominal histerektomiya (uşaqlığın ekstirpasiyası)
  • Vaginal histerektomiya
  • Miomektomiya
  • Supraservikal histerektomiya
  • Metroplastika
  • Bartolin vəzilərinin xaric edilməsi
  • Paravaginal kistanın aradan qaldırılması
  • Perineoplastika
  • Ön kolporrafiya
  • Arxa koplorrafiya
  • Ön və arxa kolporrafiya
  • Berç üsulu ilə laparotomik əməliyyat