| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Stasionar/ Endocərrahiyyə/ ... |
|
ENDOCƏRRAHİYYƏ VƏ ENDOSKOPİK CƏRRAHİYYƏ |
Endocərrahiyyə müasir cərrahiyyənin yüksək
texnologiyalı istiqamətlərindən biridir. Endocərrahi
əməliyyatlar xırda ölçülü kəsiklər vasitəsilə (5–10 mm)
bədən boşluğuna xüsusi cərrahi instrumentləri daxil etməyə,
miniatür telekamera vasitəsilə vizual olaraq əməliyyatın
gedişini izləməyə və müxtəlif cərrahi manipulyasiyalar
aparmağa (məsələn, öd kisəsinin, yumurtalıq kistasının xaric
edilməsi və s.) imkan verir. İnsan orqanizminin anatomik
olaraq hansı nahiyəsində əməliyyatların aparılmasından asılı
olaraq endoskopik əməliyyatlar aşağıdakı qruplara bölünür:
Endocərrahi əməliyyatları həyata keçirmək üçün xüsusi alətlərdən istifadə olunur. Operativ müdaxilənin növündən asılı olaraq endoskop – laparoskop, artroskop, sistoskop və s. adlanır. Müasir videoendoskop çox da böyük olmayan diametrə malik mürəkkəb optik qurğular sistemidir. Videoendoskopa birləşdirilmiş 50–100 qram çəkili miniatür videokamera və işıqlandırıcı vasitəsilə operasiyada iştirak edən bütün həkim briqadası əməliyyatın gedişini monitorda böyüdülmüş şəkildə izləyə bilirlər. Cərrahi manipulyasiyalar zamanı uzunluğu 30–40 sm, diametri isə 2–12 mm olan xüsusi alətlərdən istifadə olunur. Bu alətlər ənənəvi cərrahiyyədə edilən manipulyasiyaları həyata keçirməyə imkan verir. Sıxıcılar, dissektorlar, endoskopik qayçılar, elektrokoaqulyatorlar və s. bu alətlərə aid edilir. Tikiş qoyan aparatların – steplerlərin kəşfi endoskopik cərrahiyyədə inqilabi dönüş yaratdı.
N. Tusi adına Klinikada endoskopik avadanlıqların istehsalı
üzrə dünyada aprıcı mövqe tutan “Karl Storz” firmasının
aparatlarından istifadə olunur.
Bu gün N.Tusi adına Klinikada abdominal, torakal cərrahiyyə, urologiya, uroginekologiya, proktologiya, travmatologiya, ortopediya və s. sahələrdə ən müasir və unikal endocərrahi əməliyyatlar aparılır. Klinikamızın həkim kollektivinin yüksək kvalifikasiyası, böyük təcrübəsi və dünyanın aparıcı firmalarının tibbi aparatları sayəsində ən mürəkkəb klniki məsələ belə öz həllini tapır. |
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |





Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi