Siz buradasınız: Stasionar/ Doğum şöbəsi/ ...

RU

HAMİLƏLİK ZAMANI QİDALANMA

Gün ərzində 4–5 dəfə qida qəbul etmək lazımdır. Qida qəbulu balanslaşdırılmış şəkildə olmalı, tərkibində lazımi miqdarda zülallar, yağlar və karbohidratlar olmalıdır. Eyni zamanda vitamin və mikroelementlər də qida rasionunda üstünlük təşkil etməlidir. Qəbul edilən qida məhsullarını günün saatlarına uyğun olaraq düzgün bölmək lazımdır. Ət və balıq məhsullarını, yumurtanı səhər və günorta saatlarında, süd məhsulları və bitki mənşəli qidaları axşam saatlarında qəbul etmək məqsədəuyğundur.

Qida məhsulu Yemək olar Yeməmək məsləhətdir
Çörək və un məmulatları Kəpəkli undan hazırlanmış çörək, quru peçenye (kreker), az yağlı un məmulatları Əla növlü undan hazırlanmış çörək, yağlı un məmulatları
Şorbalar Tərəvəz şorbaları (ikincili ət bulyonunda hazırlanmış), borşlar və s. Yağlı ət və toyuq bulyonları
Ət və toyuq Yağsız dana əti, ağ toyuq əti (dərisiz), buxarda hazırlanmış kotlet və s. Yağlı ət və ət məhsulları (kolbasa, sosiska, hazır pelmenilər, hisə varilmiş, konservləşdirilmiş ət məhsulları)
Balıq Yağsız balıq növləri (treska, xek), qaynadılmış formada Yağlı balıq növləri, duzlu və hisə verilmiş balıq, konservləşdirilmiş balıq, krab
Dənəli bitkilər Sıyıqlar (qarabaşaq, düyü, buğda,ovsyanka,qarğıdalı). Noxud, lobya Manna sıyığını məhdudlaşdırmaq
Yumurta Gün ərzində 1-2 yumurta (qaynadılmış, omlet) Bişməmiş və qızardılmış yumurta
Süd və süd məhsulları Qaynadılmış süd, kefir, az yağlı kəsmik, yoqurt, az yağlı xama, pendir Hisə verilmiş və duzlu pendir, çiy süd
Meyvə, giləmeyvə, tərəvəz məhsulları Müxtəlif növ tərəvəz və göyərti məhsulları, çiy və bişmiş halda. Meyvə, giləmeyvə, günəbaxan tumları, qoz. Bütün meyvə və giləmeyvələri təbii halda yemək məqsədəuyğundur. Allergik reaksiyaların baş verməsinin qarşısını almaq üçün narıncı, qırmızı və qara rəngli meyvələrdən, sitruslardan bir qədər az istifadə etmək məsləhətdir.
Yağlar və şirniyyat məhsulları Zeytun, günəbaxan, qarğıdalı, kərə yağı. Jele, cem, qənd və qənnadı məmulatları yetərli dərəcədə. Şokolad və kremli şirniyyat məhsullarından az istifadə etmək məsləhətdir. Saqqızdan az istifadə etmək lazımdır.
Qəlyanaltı və ədviyyatlar Çiy tərəvəz məhsullarından hazırlanmış salatlar, bitki yağı ilə vineqred, tərəvəz ikrası, meyvə salatları. Acı və yağlı souslar, xardal, sirkə turşusu, acı bibər
İçkilər Şirələr, kisel, kompot, açıq rəngli qara çay, tünd olmayan qəhvə, itburnu dəmləməsi Alkohollu içkilər, tünd çay və qəhvə, limonad, koka-kola, pepsi-kola

 

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >