| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Stasionar/ Doğum şöbəsi/ ... | |
|
DOĞUM ŞÖBƏSİ | |
|
Artıq 3 ildir size yüksək keyfiyyətli, professional tibbi xidmət göstərən N. Tusi adına Klinikada yeni bir şöbə fəaliyyətə başladı. Hamiləliyin monitorinqi və doğuşa yardım adını daşıyan bu bölmə müasir avropa standartlarına uyğun tibbi avadanlıq və peşəkar tibbi heyətlə tam olaraq xidmətinizdədir.
Hamiləliyin monitorinqini həyata keçirmək üçün kinikamızda
hər hansı bir “ümumi qəbul olunmuş” sxem mövcud deyil. Bizim
həkimlər hər bir gələcək ana üçün fərdi olaraq müşahidə
kartası hazırlayırlar. Həkiminizlə birlikdə siz də
hamiləliyinizi müşahidə etmək üçün məhz sizə uyğun olan
proqram planının seçilib hazırlanmasında iştirak edə
bilərsiniz.
Hamiləiyin ilk vaxtlarından başlayaraq körpənin bətndaxili inkişafını müşahidə etmək də monitorinqə daxil edilən vacib göstəricidir. Bu bətndaxili inkişafın hər hansı bir mərhələsində baş verən pozğunluğu vaxtında aşkar etməyə imkan verir.Dölün vəziyyətinin monitorinqi ən son model kardiotokoqraf , müasir və klassik mamalığın əsas prinsiplərindən istifadə etməklə aparılır. N. Tusi adına klinikanın hamiləliyin monitorinqi və doğuşa yardım bölməsinin qeydiyyatında olan hər bir pasiyent klinikanın kompleks müalicə-diaqnostik, profilaktik və konsultativ xidmətindən istifadə edə bilər. Bundan başqa siz bizim şöbənin qeydiyyatında olmasanız belə seçiminizdən asılı olaraq istənilən xidmət növü üçün müraciət edə bilərsiniz (mama-ginekoloqun və ya ginekoloq-endokrinoloqun konsultasiyası, ultrasəs müayinəsi, 3D USM, istənilən növ laborator müayinələr və s.). Biz istəyirik ki, hamiləliyi keçirdiyiniz müddət
həyatınızda ən gözəl və unudulmaz period olaraq həkk olunsun!
Tusi adına klinikada doğuş ilk növbədə – rahatlıq, əminlik,
qayğı, sevgi və sağlamlıq deməkdir. |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |




Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi