Siz buradasınız: Stasionar / ...

RU

STASİONAR

Cərrahi xidmət – N. Tusi adına Klinikanın əsas fəaliyyət istiqamətlərindən biridir. Cərrahi xidmətin əsas prioritetləri döş və qarın boşluğunda aparılan endoskopik əməliyyatlardır. Bu əməliyyatların bir çoxu ölkəmiz üçün unikal hesab edilir. Bununla yanaşı klinikada demək olar ki, bütün növ açıq cərrahi əməliyyatlar həyata keçirilir. Həkimlərin yüksək kvalifiksiyası və böyük iş təcrübəsi ilə yanaşı dünyanın aparıcı firmalarının istehsal etdiyi tibbi avadanlıqlar ən mürəkkəb əməliyyatları belə həyata keçirməyə imkan verir.

N. Tusi adına Klinikanın göstərdiyi cərrahi xidmət aşağıdakı özəllikləri ilə fərqlənir:

  • Ən son nəsil tibbi avadanlıqlarla təchiz olunmuş, yüksək standartlara cavab verən əməliyyat bloku
  • Avropanın bir sıra aparıcı klinikalarında təkmilləşmə kursları keçmiş təcrübəli cərrahlar
  • KARL STORZ (Almaniya) istehsalı olan , yüksək texnologiyalı və az travmatik əməliyyatlar aparılmasına imkan verən endovideo avadanlıqlar
  • Əməliyyat zamanı ultrasəs və rentgen müayinəsinin aparılmasının mümkünlüyü
  • Unikal cərrahi lazer metodları
  • Əməliyyatların videoarxivləşdirilməsi
  • Almaniya, İtaliya, Rusiya, Türkiyə və s. ölkələrin aparıcı klinikalarının həkim mütəxəssisləri ilə əməkdaşlıq

Klinikanin cərrahi xidməti aşağidaki sahələr üzrə ixtisaslamişdir:

Müasir endovideo texnologiyaların tətbiqi xəstənin stasionarda qalma müddətini xeyli qısaldır (1–3 gün).

Endovideocərrahiyyə – dedikdə klassik üsulla aparılan açıq cərrahi əməliyyatlardan tam fərqli olan əməliyyatlar nəzərdə tutulur. Bu zaman klassik üsulla aparılan kəsiklərdən fərqli olaraq əməliyyat sahəsinə müdaxilə çox kiçik ölçülü dəliklərdən (diametri 2–10 mm) aparılır. Bu dəliklər vasitəsilə xüsusi instrumentlər bədən boşluqlarına daxil edilir və monitorda izləməklə lazımi manipulyasiyalar aparılır. Endocərrahi metodlar əməliyyat zamanı toxuma travmalarını minimuma endirməklə, əməliyyatdan sonrakı dövrün daha asan keçirilməsinə və yüksək kosmetik effekt alınmasına kömək edir. Ətraflı...

Rambler's Top100