|
N. Tusi adına Klinikanın ambulator-poliklinik
cərrahiyyəsi 24 saat
ərzində pasiyentlərin xidmətindədir. Ambulator olaraq yalnız
kiçik cərrahi müdaxilələr həyata keçirilir. Kiçik cərrahi
əməliyyatlar bir qayda olaraq yerli anesteziya altında
aparılır.Qısa müddətli venadaxili anesteziyaya ehtiyac
yarandığı hallarda isə kiçik cərrahi əməliyyatlar belə
əməliyyat blokunda aparılır. Qeyd etmək lazımdır ki,
emosional labil xəstələrdə kiçik cərrahi əməliyyatlar
aparılarkən qısa müddətli venadaxili anesteziyadan istifadə
etmək daha məqsədəuyğundur. Bu növ anesteziyadan sonra xəstə
gündüz stasionarında müəyyən vaxt ərzində həkim
anestezioloqun nəzarəti altında olur. Əməliyyat zamanı
istifadə olunan bütün materiallar birdəfəlik olub, hər
xəstədə dəyişilir. Alətlər isə xüsusi sterilizasiyadan
(kimyəvi, termiki) keçdikdən sonra birdəfəlik steril
paketlərdə saxlanılır.
N. Tusi adına Klinikada ambulator-poliklinik rejimdə aşağıdakı hallarda cərrahi müdaxilələr aparılır:
- Dərinin xoş xassəli törəmələri (lipomalar)
- Seboreik kistalar
- Böyümə və rəng dəyişikliyi göstərən xallar
- Sünnət
- Dırnaq infeksiyaları (dolama), dırnaq çıxarılması
- Yaraların cərrahi işlənilməsi
- Abses və hematomalar
Aparılan prosedurdan sonra pasiyent müəyyən müddət
ambulator rejimdə cərrah nəzarəti altında olur. Yəni
tikişlərin sökülməsi, sarğının dəyişdirilməsi üçün pasiyent
müəyyən müddət öz həkiminin nəzarəti altında olur. Xəstənin
daha tez sağalması üçün ambulator rejimdə medikamentoz
terapiya, fizioterapevtik prosedurlar və s.-dən istifadə
olunur. Klinikanın xidmətlərinə daşınması mümkün olmayan
xəstələrə ev şəraitində də ilkin cərrahi yardım göstərmək
daxildir.
|