|
Urologiya – tibbin sidik-cinsiyyət sisteminin
xəstəlikləri ilə məşğul olan bir sahəsidir.
Andrologiya isə urologiyanın bir qolu olub
kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur
(prostatit, prostat vəzinin adenoması, erektil disfunksiya,
kişi sonsuzluğu və s.).
N. Tusi adına Klinikanın urologiya şöbəsində böyrəklər,
sidik kisəsi, uretra və prostat vəzinin müxtəlif
xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ
müalicəsi həyata keçirilir.
Şöbənin təchiz olunduğu tibbi avadanlıqlar
sidik-cinsiyyət sistemini bütün növ xəstəliklərinin kompleks
diaqnostikasını aparmağa imkan verir:
- Laborator diaqnostika – kliniki müayinələr (sidiyin
ümumi analizi, sidiyin bakterioloji müayinəsi,
spermoqramma, uretral yaxmanın və prostat vəzi şirəsinin
mikroskopiyası və s.), biokimyəvi, hormonal müayinələr,
sidik-cinsiyyət sistemi infeksiyalarının PZR, İFA və İFR
üsulları ilə diaqnostikası və s.
- Transabdominal və transrektal ultrasəs müayinəsi,
iri və xırda damarların doppleroqrafiyası
- Urofloumetriya (sidik ifrazının keyfiyyətinin
obyektiv müayinəsi)
- Rentgen diaqnostika – ekskretor uroqrafiya,
sistoqrafiya (kontrast maddələrdən istifadə etməklə
aparılır)
- Kompüter tomoqrafiya (KT)
- Maqnit-rezonans tomoqrafiya (MRT)
- Sistoskopiya (sidik kisəsinin endoskopik müayinəsi)
- Prostat vəzinin incə iynə biopsiyası, xayaların
biopsiyası və biopsiya materialının histoloji müayinəsi
Xəstələrə ildə 1-2 dəfə bu cür müayinələrdən profilaktik
olaraq keçmək məsləhət görülür. 40 yaşından sonra bu
xüsusilə vacibdir. |