Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin
xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq,
qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və
yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə
məşğul olan bir sahəsidir.
Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın
xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit,
xroniki virus hepatitlərinin geniş yayılması
qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri
etmişdir.
N. Tusi adına Klinikada mədə-bağırsaq sistemi
xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır.
Bunun üçün klinikada çox geniş laborator-diaqnostik baza
mövcuddur:
- Mədə-bağırsaq traktının endoskopik müayinəsi
(fibroezofaqoqastroduodenoskopiya, mədədaxili
pH-metriya, retroqrad pankreatoxolangioqrafiya və s.)
- Rentgenoskopiya və rentgenoqrafiya
- Qarın boşluğu orqanlarının USM-i
- Qarın boşluğu damarlarının doppleroqrafiyası
- Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq
bioptatlarının morfoloji müayinəsi
- Müxtəlif infeksiyaların seroloji diaqnostikası (İFA
və immunohemilüminessensiya metodu ilə)
- B və C hepatitlərinin PZR diaqnostikası aparılır. Bu
virusların nəinki keyfiyyət təyini, eyni zamanda qanda
virus yüklənməsi də təyin edilir. C hepatitinin
genotipinin təyin olunması da müalicənin düzgün
aparılması üçün çox vacibdir.
- İmmunoloji, biokimyəvi, hormonal müayinələr
- Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə
həssaslığının təyini, disbakterioz)
Son illərdə bütün dünyada milyonlarla insan xroniki virus
hepatitlərindən əziyyət çəkir. Xəstəlik çox vaxt simptomsuz
keçir, getdikcə proqressivləşir, qaraciyər sirrozu və
hepatosellülyar karsinoma kimi ağırlaşmalarla nəticələnir.
Qeyd etmək lazımdır ki, virusların müxtəlifliyinə baxmayaraq
xəstəlik müalicəyə tabe olur.
N.Tusi adına Klinikanın laboratoriyasında aparılan PZR
diaqnostika bu hepatitlərin vaxtında aşkar olunması, müalicə
edilməsi və aparılan müalicənin effektivliyinə nəzarət etmək
imkanı verir. |