Siz buradasınız: Poliklinika/ Koloproktologiya/ ...

KOLOPROKTOLOGİYA

N. Tusi adına Klinkanın koloproktologiya şöbəsində yoğun və düz bağırsaq xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır.

Ambulator olaraq müxtəlif terapevtik və diaqnostik prosedurlar, kiçik invaziv əməliyyatlar aparılır. Xəstə ətraflı müayinə olunduqdan sonra ixtisaslı həkim-koloproktoloq tərəfindən hər bir pasiyent üçün individual və uyğun müalicə metodu təyin edilir.

Yoğun və düz bağırsaq xəstəliklərinin diaqnostikasında aşağıdakı müayinə metodlarından istifadə olunur:
  • Anoskopiya
  • Rektoromanoskopiya
  • Kolonoskopiya
  • Yoğun bağırsağın rentgenoloji müayinəsi (irriqoskopiya və irriqoqrafiya)
  • Kompüter tomoqrafiya (eyni zamanda virtual kolonoskopiya)
  • Nəcisin laborator analizi, sitoloji və histoloji müayinələr

Hemorroy xəstəliyinin və düz bağırsaq çatının müalicəsi zamanı proktoloji müayinə olaraq videorektomanoskop istifadə olunur, bu da müayinə olunan nahiyəni vizual olaraq görməyə və müalicə etməyə imkan verir. Rektoromanoskopiya metodu S-vari və düz bağırsağın bir çox xəstəliklərinin diaqnostikasında istifadə olunur. Müayinədən öncə mütləq bağırsaqlar boşaldılmalı və təmizlənməlidir.

Klinikanın ambulator koloproktoloji xidmətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Hemorroyun müxtəlif formalarının xırda invaziv və konservativ müalicəsi, eyni zamanda daxili hemorroidal düyünlərin lateks həlqələr vasitəsilə bağlanılması, sklerozlaşdırılması, tək –tək xarici düyünlərin trombektomiyası və s.
  • Anal çatların konservativ müalicəsi. Blokadalar aparmaqla ağrı simptomunun aradan qaldırılması.
  • Perianal nahiyədən itiuclu kandilomaların xaric edilməsi.
  • Qəbizliyin, kolitlərin və digər terapevtik koloproktoloji xəstəliklərin (kriptit , anal nahiyədə qaşınma, divertikul xəstəliyi) müalicəsi.

Düz bağırsaqdan yad cisimlərin xaric edilməsi, perianal abssesin açılması, aralıq nahiyəsi yaralarının birincili işlənilməsi.

Xəstə hemorroy xəstəliyinin ilk stadiyalarında həkimə müraciət edərsə konservativ və xırda invaziv metodlar tətbiq edilməklə xəstəlik müalicə edilə bilər.

Skleroterpiya

Prosedurun əsas qayəsi hemorroidal düyünün boşluğuna xüsusi şprisin köməyilə sklerozlaşdırıcı məhlulun yeridilməsindən ibarətdir. Bu məhlul damar boşluqlarının birləşdirici toxuma ilə əvəz olunmasına gətirib çıxarır və nəticədə düyünün qan təchizatı dayandırılır. Bununla da qanaxma saxlanılır və düyün həcmcə kiçilərək anal kanal doğru dartılır.Prosedur tam ağrısız şəraitdə aparılır. Ağırlaşma riski minimaldır.Göstərilən metod hemorroy xəstəliyinin I-II mərhələlərində effektlidir. Xəstəliyin III mərhələsində də tətbiq oluna bilər. Lateks həlqələri qoymamışdan qabaq və xəstə əməliyyata hazırlanan zaman da residiv qanaxmanın qarşısının alınması məqsədilə də istifadə olunur.

Lateks həlqələr vasitəsilə düyünlərin bağlanılması

Hemorroidal düyünün əsasına xüsusi avadanlığın köməyilə elastik rezin həlqə qoyulur. Bu düyünün qanla təchizatini pozur. Nəticədə 7–10 sutkadan sonra düyün öz-özünə qoparaq ayrılır. I–II dərəcəli anal kanaldan sallanan daxili hemorroidal düyünlər əməliyyatın aparılmasına göstərişdir. Manipulyasiya adətən bir neçə dəqiqə davam edir. Müalicə bir qayda olaraq bir neçə etapda aparılır (I mərhələdə adətən 2 ədəd lateks liqaturası qoyulur). Xəstəliyin simptomlarını aradan qaldırmaq üçün 2–4 prosedur aparılır.

Xırda invaziv müalicəyə əks göstərişlər

  • Kəskin və xroniki anal çatlar.
  • Hemorroy xəstəliyinin ağırlaşmaları – daxili və ya xarici hemorroidal düyünün kəskin trombozu
  • Düz bağırsağın iltihabi xəstəlikləri

Əgər pasiyent hemorroy xəstəliyinin gecikmiş mərhələlərində müraciət edərsə və ya xırda invaziv müalicəyə əks göstəriş olarsa o zaman ən müasir metodlardan istifadə etməklə cərrahi əməliyyat aparılır. Ətraflı....

         < < < MƏQALƏLƏR > > >