Siz buradasınız: Poliklinika / Pediatriya / ...

RU

PEDİATRİYA

Ailədə uşağın doğulması körpənin valideynləri və qohumları üçün ən böyük xoşbəxtlik hesab edilir. Lakin uşağın doğulması ilə valideynlərin qayğıları daha da artır. Uşağa necə qulluq etməli, necə yedirməli, düzgün və sağlam inkişafını necə təmin etməli, xəstəliklərdən necə qorumalı, xəstələndiyi zaman hara müraciət etməli və s. kimi suallar hər bir valideyni narahat edir. Bu sualların ən doğru cavabı isə uşaq həkimləri və ya pediatrlar tərəfindən verilir.

Pediatriya – tibbin uşaq xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Pediatr uşaq anadan olandan yeniyetməlik dövrünə qədər uşağın inkişafını nəzarətdə saxlayır. Valideynlərə uşağa necə qulluq etmək, xəstəliklərdən necə qorumaq haqqında lazımi məlumatlar verir.

N. Tusi adına Klinikanın pediatriya şöbəsi körpələrinizin inkişafına nəzarət, profilaktik (vaksinasiya) və reablitasion tədbirlərin aparılması, həkimlərin müasir konsulatativ və müalicəvi yardımı, geniş spektrli laborator və instrumental diaqnostika kimi xidmətləri özündə birləşdirir. Eyni zamanda klinikanın pediatrları mübadilə kartını açmaqla sağlam uşaqların da müşahidəsini həyata keçirirlər.

Hər hansı bir xəstəliyi müalicə etməkdənsə onun əmələ gəlməsinin qarşısını almaq, daha doğrusu profilaktikasını aparmaq daha asandır. Müasir dövrümüzdə vaksinoprofilaktika hər hansı bir infeksion xəstəliyə tutulmağın qarşısını alır və ya daha yüngül formada keçirməyə zəmin yaradır. N. Tusi adına Klinikada ən geniş yayılmış infeksion xəstəliklərin (difteriya, göy öskürək, poliomielit, parotit,qızılca, məxmərək, su çiçəyi və s.) vaksinoprofilaktikası həyata keçirilir. İş prosesində biz yalnız Fransa və Belçika istehsallı tam təhlükəsiz və effektiv preparatlardan istifadə edirik. Vaksinasiya hər bir uşağın fizioloji və konstitusional xüsusiyyətlərini nəzərə almaqla Səhiyyə Nazirliyinin təsdiq etdiyi təqvim əsasında ən müasir və keyfiyyətli preparatlarla aparılır. Klinikamızda sırf vaksinasiya üçün ayrıca kabinet təşkil edilmişdir. Kabinet prosedurların həyata keçirilməsi və preparatların saxlanılması üçün hər bir şəraitlə təmin olunmuşdur.

Körpə uşaqların müalicəsi çox mürəkkəb və məsuliyyətli bir prosesdir. Belə ki, uşaqlar, xüsusilə də az yaşlı körpələr onları narahat edən ağrını düzgün ifadə edə bilmirlər. Həkim pediatrlarımızın müalicə etdiyi xəstəliklərə əsasən kəskin respirator xəstəliklər (angina, bronxit), yuxarı və aşağı tənəffüs yollarının xroniki xəstəlikləri, həzm sisteminin funkiyasının pozulması (disbakterioz, qastrit, kolit və s.), raxit və s. xəstəliklər aiddir. Bundan əlavə Klinikamızın nevroloji xidmətinə uşaq nevroloqu da daxildir. Belə ki, ehtiyac olduğu hallarda pasiyent bu profilin həkiminə yönləndirilir.

Uşaqlar və valideynləri üçün tam komfort şəraitə malik stasionar fəaliyyət göstərir. Stasionar xidməti yalnız müayinə və terapevtik müalicəyə ehtiyacı olan uşaqlar üçün deyil, eyni zamanda cərrahi müdaxiləyə uğramış uşaqlar üçün də hər bir şəraitə malikdir.(uşaq cərrahiyyəsi, anesteziologiya və reanimasiya şöbəsi).

Klinikamızın pediatriya şöbəsinin həkimlərinin müasir və keyfiyyətli tibbi xidməti övladınızın sağlamlığının zəmanətidir!

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >