Siz buradasınız: Poliklinika / Oftalmologiya / ...

OFTALMOLOGİYA

Oftalmologiya – tibbin göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

N. Tusi adına Klinikanın oftalmoloji kabinetində göz xəstəliklərinin diaqnostikası üçün bir sıra metodlar tətbiq edilir:

  • Refraktometriya (görmə itiliyinin təyini), eynək seçilməsi
  • Keratometriya (buynuz qişanın vəziyyətinin qiymətləndirilməsi)
  • Biomikroskopiya (Gözün buynuz, qüzehli və tor qişasının, konyuktivanın xüsusi mikroskop vasitəsilə müayinəsi)
  • Göz dibinin müayinəsi (oftalmoskopiya)
  • Göz daxili təzyiqin ölçülməsi (tonometriya)
  • Görmə sahəsinin təyini
  • Gözün selikli qişasından götürülmüş yaxmanın əkilməsi və antibiotiklərə həssaslığının təyin edilməsi.

Görmə aparatının bir sıra xəstəliklərinin diaqnostika və müalicəsi aparılır:

  • Göz qapaqlarının xəstəlikləri (göz qapaqlarının kəskin və xroniki infeksion xəstəlikləri, blefaritlər, xalazion və s.)
  • Gözün selikli qişasının – konyuktivanın bakterial, virus mənşəli və ya allergik ltihabı və s.
  • Göz yaşı vəzisinin, göz yaşı kisəsinin və kanalının xəstəlikləri
  • Buynuz qişanın (keratit), büllurun (katarakta), damarlı qişanın (irit, iridosiklit, uveit və s.) xəstəlikləri.
  • Torlu qişanın və görmə sinirinin xəstəlikləri
  • Qlaukoma, oftalmohipertenziya və hipotenziya və s.