NEVROLOGİYA
Nevrologiya – tibbin mərkəzi və periferik sinir
sistemi xəstəliklərinin diaqnostika, müalicə və
profilaktikası ilə məşğul olan sahəsidir.
N. Tusi adına Klinikada mərkəzi və periferik sinir sistemi
xəstəliklərinin kompleks müalicəsi və müayinəsi aparılır:
1) Angionevrologiya:
- baş beyin qan dövranının kəskin pozulması (insult,
infarkt)
- xroniki beyin damar çatışmamazlığı (serebral ateroskleroz,
hipertenziv ensefalopatiya, damar demensiyası və s.)
2) M.S.S.-in demiyelinizasiya və ekstrapiramid patologiyası:
- dağınıq skleroz
- yan amiotrofik skleroz
- Parkinson xəstəliyi
- essensial tremor, tranzitor tiklər
3) Periferik sinir sistemi və əzələ-sinir xəstəlikləri:
- üçlü sinirin nevralgiyası, atipik üz ağrıları; orta,
dirsək, mil sinir və digər neyropatiyalar
- vestibulopatiya, diabetik polineyropatiya
- bel-oma radikuliti, miasteniya
- baş beyinin kompressiyası, baş beyinin diffuz zədələnməsi
- göz hərəkəti siniri,eşitmə siniri və digər kəllə
sinirlərin zədələnməsi
4) Vertebro-nevroloji patologiya və vegetativ sinir
sisteminin xəstəlikləri:
- fəqərə sütunu osteoxondrozu, diskogen miyelopatiya
- lümbo-işalgiya, radikulopatiya, servikalgiya
- servikokranialgiya, servikobraxialgiya, torakalgiya
- vegetativ-damar distoniyası.
- Reyno sindromu.
- essensial hiperhidroz, xroniki idiopatik anhidroz və s.
5) Baş ağrısı:
- gərginlik və klaster baş ağrıları
- miqren
- posttravmatik xroniki baş ağrıları və s.
Klinikanın müasir laborator-diaqnostik bazası bu
xəstəliklərə vaxtında və dəqiq diaqnoz qoymağa imkan verir:
Sinir sistemi xəstəliklərinin müalicəsində medikamentoz
terapiya ilə yanaşı fizioterapiya, manual terapiya,
müalicəvi massaj, zərbə-dalğalı terapiya və s. müalicə
növlərindən istifadə edilir.
UŞAQ NEVROLOGİYASI
Hər bir körpənin daim uşaq nevroloqunun (nevropatoloqunun)
nəzarəti altında olması çox vacibdir. Burada əsas məqsəd
körpənin sinir-psixiki inkişafının düzgün getməsini
nəzarətdə saxlamaq, baş vermiş pozğunluqları vaxtında aşkar
etməkdir. Əgər doğuş vaxtı uşaq hər hansı bir ağır travmaya
məruz qalmayıbsa ilk ayda profilaktik məqsədlə həkim
nevroloqun müayinəsi aparılmalıdır. Körpənin bir yaşına
qədər mütamadi olaraq həkim nevroloqun müayinəsindən keçməsi
çox vacib amildir.
Eyni zamanda Tusi adına Klinikada uşaq yaşlarında rast
gəlinən bir sıra nevroloji xəstəliklərin diaqnostika və
müalicəsi aparılır:
- uşaqlar və yeniyetmələrdə epilepsiya
- epileptiform paroksizmlər
- baş ağrıları, somnambulizm
- tiklər, enurez
- sinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq
serebral iflici
- hiperaktivlik, diqqət zəifliyi sindromu.
Ehtiyac yarandığı hallarda epileptoloq, psixiatr və uşaq
psixoloqunun xidmətlərindən də istifadə edilir.
SURDOLOGİYA VƏ SURDOPSİXOLOGİYA
Surdologiya (lat. surdus – kar + yunan dilində logos –
öyrənmək deməkdir) – defectologiyanın kar və yaxud eşitmə
pozuntuları olan pasientlərin adaptasiya problemləri və
sosial reabilitasiyası ilə məşqul olan bir sahəsidir.
Surdopsixologiya (lat. surdus – kar) – psixologiyanın,
eşitmə qabiliyyətinin pozulmasından əziyət çəkən şəxslərin
psixiki inkişafının qanunauyğunluğunu öyrənən, bir
sahəsidir.
N. Tusi adina klinikada defektoloq-surdoloqoped fealiyyet
gosterir. Qebulu pedaqoji elmler namizedi Ebilova Elmira
aparir. Fealiyyetinin esas istiqametleri ashaqidakilardan
ibaretdir:
- Nevroloji xəstəliklər (baş beyinin qan sızması, travmatik
zədələnməsi və s.) zəminində yaranan nitq qüsurlarının
aradan qaldırılması.
- Qulaq-burun-boğaz əməliyyatlarından (adenoid,polip və s.)
sonra yaranan nitq pozuntularının korreksiyası.
- Keçirilmiç stress (kəkələmə) və yaxud peşəkar iş
fəaliyyəti ilə əlaqədar nitq problemləri.
- Kar və zəif eşidən, koxlear implantant və eşitmə aparatı
uşaqlar və böyüklər üçün bərpaedici nitq məşqələləri.
- Ali sinir fəaliyyətinin (mutizm, senso-motor alaliya,
afaziya, disqrafiya və s.) patologiyasının kurasiyası.
KLİNİKİ PSİXOLOGİYA VƏ PSİXOTERAPİYA
Kliniki psixologiya – fərdi xüsusiyyətlərin mövcudluğu və
onlarla bağlı tibbi reaksiyalarının öyrənilməsi ilə məşqul
olan tətbiqi psixologiyanın (psixiatriya ilə çarpazlaşaraq)
geniş bir sahəsidir.
Kliniki psixologiyanın psixoterapevtik metodları:
konsultasiya, fərdi psixoterapiya, ailə psixoterapiyası,
ailəvi konsultasiya və adaptasiya problemlərini yaşayan
insanlara müxtəlif dəstək formaları.
İnsanın
4 tipi
Alman bioloqu Aleksandr Humbold Latın Amerikaya səfərində
olarkən müdrik bir insanla görüşmüşdür. Həmin insan onu kəşv
etdiyi nəzəriyyəsi ilə təəcübləndirmişdi.
- O
kəslər ki, nəsə bilirlər və bilirlər ki, nə bilirlər-onlar
elmlidirlər.
- O kəslər ki,nəsə bilir amma bilgiləri haqqında tam
təsəvvürü yoxdur. Bu insanlar yatıblar. Onları oyatmaq
gərəkdir.
- O kəslər ki, heç nə bilmir və bunu danmırlar.
Belə insanlara kömək etmək lazımdır.
- O kəslər ki, heç nə bilmir və bu haqda bixəbərdirlər -
ağılsızlardır. Onlara kömək etmək mümkün deyil.
N. Tusi adina Klinikada tətbiq olunan əsas metodikalar:
- geştalt terapiyası
- neyrolinqvistik psixoanaliz
- pasiyent ünvanlı fenomenoloji terapiya
- klassik farmakoterapiya
Kateqoriyalar:
N.Tusi adına Klinika Azərbaycan Respublikasının özəl tibb
sektorunda ilk dəfə və hələ ki, yeganə təcrübə olaraq
pasiyentlərə (əlaxüsus cərrahi profilli xəstələrə)
«psixoloji eskort» kimi xidmət təklif edir. Bu metodika
vasitəsi ilə xəstə stasionarda qaldığı bütün müddət ərzində
mütəxəssis-psixoloqların qayğısı ilə əhatə olunur.
Fərdi xidmət (psixoanaliz, psixoterapiya)
Aşağıda sadalayacağımız hallar həyatınızda yaşanırsa,
Klinikamızın
xidmətlərindən faydalana bilərsiniz:
- Özümü daha yaxşı tanımaq və həyatdan nə istədiyimi
bilmək istəyirəm
- İnsanlar məni başa düşmür, istəsəm də “yox” deyə
bilmirəm
- Uşağımı tərbiyələndirməkdə çətinliklərlə
üzləşirəm.Yeniyetməlik yaşındakı övladımla anlaşa
bilmirəm
- Vacib bir seçim qarşısındayam, necə addım atmaq lazım
olduğunu bilmirəm
- Çox utancağam, xarici görünüşümü bəyənmirəm,
komplekslərimlə mübarizə aparıram, insanlarla ünsiyyət
qurmaqda çətinlik çəkirəm
- Özümə əminliyim yoxdur, dostlarım (rəfiqələrim) çox
azdır
- Yorğunam, xoşbəxt deyiləm, sanki boşluğun içindəyəm,
yuxusuzluqdan əziyyət çəkirəm
Ailə psixoterapiyası
- nigah qabağı və ər-arvad evlilik psixoterapiyası
- intim problemlər
- ailə daxili yaşanan ünsiyyət-davranış problemləri
- boşanma mərhələsindəki ailələr
- valideyin-övlad münasibətlərində yaşanan çətinliklər
- yeniyetmə dövrünün psixoloji və psixo-seksual problemləri
Psixoloji qiymətləndirmə
- məktəbə qədər uşaqların psixi inkşaf proseslərinin
xüsusiyyətlərinin öyrənilməsi testləri
- peşə seçiminə kömək edən testlər
- qiymətləndirmə (zəka, qabiliyyət, dünya görünüşü,
şəxsiyyət strukturu və s.) testləri
- şəxsiyyətin temperamenti və digər fərdi tipoloji
xüsusiyyətlərinin tədqiqi
- psixosomatik və psixopatoloji sindromların differensial
diaqnostikası
Ənənəvi müalicələr: farmakoloji psixokorreksiya
- nevrasteniya
- həyacan, təşviş halları
- isterik, dissosiativ konvulsiyalar və paroksizmlər
- asteno-nevrotik, ipoxondrik və depressiv simptomatika
- psixo-nevroloji və psixo-vegetativ sindromlar
|