Nefrologiya – böyrək və sidikçıxarıcı yolların
xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə
məşğul olan bir sahədir. N. Tusi adına Klinikada kəskin və
xroniki pielonefrit, kəskin və xroniki qlomerulonefrit,
nefrolitiaz, diabetik nefropatiya, renal arterial
hipertenziya, xroniki böyrək çatışmazlığı və s. kimi
xəstəliklərin dəqiq müayinə və müalicəsi aparılır.
Bir sıra böyrək xəstəlikləri ilkin mərhələlərdə simptomsuz
keçə bilər. Tez-tez sidiyə getmə, bel nahiyəsində ağrılar,
ümumi halsızlıq, arterial təzyiqin yüksəlməsi, qanın və
sidiyin bir sıra göstəricilərinin dəyişməsi böyrək
xəstəliklərinin əlamətlərinə aid edilir. Böyrək
xəstəliklərinin dəqiq diaqnozunun qoyulması üçün bir sıra
müayinə metodlarının aparılması vacibdir:
- Sidiyin və qanın ümumi analizi
- Sidiyin əkilməsi və antibiotiklərə qarşı
həssaslığının təyin edilməsi
- Sidiyin Neçiporenko metodu ilə müayinəsi
- Mikroalbuminuriyanın təyini
- Sutkalıq sidikdə zülalın təyini
- Kreatinin klirensi (Reberq-Tareyev, MDRD)
- Qanın biokimyəvi müayinəsi
- Qanda autoimmun xəstəliklərin markerlərinin təyini.
- Böyrəklərin USM-i
- Böyrək arteriyalarının doppleroqrafiyası
- Rentgen müayinəsi və ekskretor uroqrafiya
- Böyrəklərin kompüter tomoqrafiyası
- Böyrəklərin maqnit-rezonans tomoqrafiyası
N. Tusi adına Klinikanın nəzdində fəaliyyət göstərən
müasir diaqnostik şöbə xəstələrin qısa müddət ərzində dəqiq
və keyfiyyətli müayinədən keçərək vaxtında müalicə
olunmasına şərait yaradır. Müxtəlif profildən olan
həkimlərin birgə fəaliyyəti xəstələrin problemlərinin
kompleks şəkildə həll edilməsinə imkan verir.
Nefrolitiaz (böyrək daşı) xəstəliyini müalicə etmək üçün
klinikada ekstrakorporal distansion zərbə-dalğalı
litotripsiya metodu tətbiq edilir (Modulith SLX, Storz
Medical). Bundan əlavə holmium lazeri tətbiq edilməklə
endoskopik kontakt litotripsiya da klinikanın urologiya
şöbəsində uğurla həyata keçirilir. |