| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Poliklinika/ mammologiya/ ... |
|
MAMMOLOGİYA |
|
Mammologiya – tibbin süd vəzisi xəstəliklərinin
diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir
sahəsidir. Bu gün süd vəzisi xəstəliklərinin yayılma tezliyi
xeyli artmışdır. Bunlardan ən geniş yayılmışı mastopatiyalar
hesab olunur. Mastopatiyalar diffuz və düyünlü olmaqla iki
qrupa bölünür. Diffuz mastopatiyalarda proses vəzinin bütün
toxumasını əhatə edir, düyünlü forma isə lokal xarakter
daşıyır. Diffuz forma adətən hər iki süd vəzisini əhatə etsə
də, düyünlü forma əksər hallarda bir süd vəzisində müşahidə
edilir. Vəzi toxumasında baş verən dəyişikliklərə görə isə
fibroz və kistoz olmaqla iki qrupa ayrılır. Çox vaxt isə
proses qarışıq xarakterli olub, fibroz-kistoz mastopatiya
adlanır. Fibroadenomalar – süd vəzisinin xoşxassəli şişlərinə aid olub, sərt konsistensiyalı, ağrısız və hərəkətli olurlar. Bəzi hallarda isə adenomalar, axardaxili papillomalar müşahidə edilir. Süd vəzisi xəstəliklərinin kliniki əlamətləri əksər hallarda oxşar olub, aşağıdakılardan ibarətdir:
Yuxarıda göstərilən əlamətlər müşahidə edilərsə dərhal həkim
mütəxəssisə - mammoloqa müraciət etmək lazımdır.
Hər bir müayinənin vacibliyi yalnız həkim mütəxəssis tərəfindən individual olaraq təyin edilə bilər. |
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |




Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi