| < < < MENÜ > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
|
|
| Siz buradasınız: Poliklinika/ Kardiologiya/ ... | ||||||||||||||||||||||||
|
ARTERİAL HİPERTONİYA | ||||||||||||||||||||||||
|
Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və
müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub,
hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast
gəlinir. Hipertonikləri ən çox narahat edən əlamətlər baş
ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək
qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə
pisləşir. Müalicə olunmadıqda miokard infarktı, ürək
çatmamazlığı, insult, böyrək çatışmazlığı və s. kimi
ağırlaşmalara gətirib çıxarır. Əgər arterial təzyiq ən azı 2 dəfə təkrar-təkrar 140/90 mm c. s.-dan yüksək olarsa o zaman arteiral hipertoniya haqqında düşünmək olar. Arterial təzyiq sakit vəziyyətdə oturaq halda ölçülməlidir.
Hipertoniya zamanı zədələnən əsas orqanlar Ürək – Arterial hipertoniya zamanı ürək əzələsinin
yükü artdığına görə sol mədəciyin kompensator hipertrofiyası
əmələ gəlir.Hipertrofiyaya uğramış ürək əzələsinin qanla
təchizatı da artmalıdır. Lakin qanla təchizat artmadığından
ürək əzələsində işemiya inkişaf edir. Buna görə də sol
mədəciyi hipertrofiyaya uğramış xəstələrdə miokard infarkti,
ürəyin ritm pozğunluqları, ürək çatmamazlığı kimi
ağırlaşmalar meydana çıxır. Müalicə Xəstədə ilkin olaraq arterial təzyiqin yüksəlməsi aşkar
edilərsə o, ətraflı müayinə olunmalı, arterial təzyiqin
yüksəlməsinə səbəb olan bütün mümkün xəstəliklər istisna
edilməlidir.
Arterial hipertoniyanın müalicəsində əsas məqsəd ürək – damar sistemi tərəfindən inkişaf edə biləcək ağırlaşmaların qarşısını maksimal dərəcədə almaqdır. Bir sıra antihipertenziv preparatlar vardır ki, onlar tək halda və bir neçəsi kombinə olunmuş şəkildə təyin oluna bilər. Hər bir pasiyent yadda saxlamalıdır ki, arterial hipertoniyanın müalicəsi uzunmüddətli, praktiki olaraq ömür boyu aparılır. Əgər xəstə həkim tərəfindən təyin olunmuş dərman preparatlarını düzgün qəbul etməzsə və ya ümumiyyətlə müalicə olunmazsa xəstəliyin daha da inkişafına və ağırlaşmalara səbəb olacaqdır. |
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
|
|



