Siz buradasınız: Poliklinika/ Kardiologiya/ ...

KARDİOLOGİYA

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

N. Tusi adına Klinikanın kardiologiya şöbəsində ürək-damar sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır. Müasir kardiologiyanın əsas diaqnostik metodlarına elektrokardioqramma və exokardioqrafiya aid edilir.

N. Tusi adına Klinikada müasir ultrasəs müayinəsinin ən son nailiyyətlərini özündə cəmləyən ACUSON 128 XP/10 (ABŞ) ultrasəs aparatından istifadə edilir. Aparat ürək fəaliyyətini tam olaraq qiymətləndirməyə imkan verir. Ürəyin ölçüləri, divarlarının qalınlığı, klapanların və magistral damarların vizualizasiyası haqqında ətraflı informasiya verir. Bundan əlavə ürək boşluqlarında təzyiq təyin edilir, rəngli doppler kartlaşdırma vasitəsilə ürəkdaxili qan dövranının vəziyyəti öyrənilir. Kompleks müayinə üsullarına həmçinin aşağıdakı metodlar da aid edilir:
  • Laborator diaqnostika – kliniki (qanın və sidiyin ümumi analizi) və biokimyəvi müayinələr (lipid və karbohidrat mübadiləsi göstəriciləri və s.), kəskin miokard infarktı markerləri (troponin, mioqlobin, kreatin fosfokinazanın MB fraksiyası) və s.
  • Damarların doppleroqrafiyası
  • Rentgen müayinə
  • KT – kompüter tomoqrafiya
  • MRT – maqnit-rezonans tomoqrafiya