Siz buradasınız: Poliklinika/ Ginekologiya/ ...

RU

HAMİLƏLİK ZAMANI PLANLI USM

Bütün hamiləlik müddətində hər bir qadın ən azı 3 dəfə ultrasəs müayinəsindən keçməlidir:

Ultrasəs skrininqinin birinci mərhələsi hamiləliyin 12-14 həftəliyində aparılır. Bu müayinədə məqsəd dölün erkən və kobud inkişaf qüsurlarını, xromosom patologiyalarının ultrasəs göstəricilərini, xorion qişa, dölyanı maye, uşaqlığın cismi və artımlarının vəziyyəti barədə məlumat əldə etməkdir.

İkinci mərhələ hamiləliyin 20-24 həftəliyində həyata keçirilir. Əsas məqsəd dölün anatomik quruluşunu, cift, dölyanı maye, uşaqlığın cismi, boynu və artımları haqqında ətraflı məlumat almaqdır.

Üçüncü mərhələ hamiləliyin 32-34 həftəliyində aparılır. Gecikmiş inkişaf qüsurlarını, dölün bətndaxili patoloji hallarını, cift, dölyanı maye, uşaqlıq boynu haqqında ətraflı məlumat almaq üçün doğuşa qədər bu müayinənin aparılması çox vacibdir.

Ehtiyac yarandığı hallarda həkim göstərişinə uyğun olaraq əlavə ultrasəs müayinələri də (doppleroqrafiya, 3D/4D USM – dölün 3 ölçülü təsviri) aparıla bilər. Dopplerometriya döl, göbək ciyəsi,uşaqlıq arasında qan dövranının vəziyyətini təyin etmək üçün çox mükəmməl bir metoddur. Eyni zamanda bu metodla dölün ürək-damar sistemi, cift qan dövranı haqqında da ətraflı məlumat almaq olar.

Şəkildə uşaqlıq-cift qan dövranının doppleroqrafik təsviri verilmişdir.(norma)
Həkim-sonoloq Qasımova Fəridə.

Şəkillərdə 21 həftəlik hamiləliyin 4D rejimində doppleroqrafik təsviri verilmişdir. (norma)
Həkim sonoloq Qasımova Fəridə.

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >