Siz buradasınız: Poliklinika/ Ginekologiya/ ...

GİNEKOLOGİYA

N. Tusi adına Klinikanın ginekologiya şöbəsində müxtəlif ginekoloji və uroginekoloji xəstəliklərin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır.

Klinikada ambulator olaraq müxtəlif terapevtik və diaqnostik prosedurlar, kiçik cərrahi müdaxilələr aparılır. Burada həmçinin kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin, uşaqlıq boynu və uşaqlıq yolu patologiyalarının, uşaqlığın miom və poliplərinin, müxtəlif etiologiyalı sonsuzluq hallarının dəqiq diaqnostika və müalicəsi həyata keçirilir. Cərrahi və ya təbii yolla baş vermiş klimaksın əvəzedici hormonal terapiyası, kontrasepsiya və s. də bu şöbənin ambulator xidmətlərinə daxildir.

Ambulator-poliklinik proseduralar və kiçik cərrahi müdaxilələr
  • Videokolposkopiya, hədəf biopsiyanın aparılması ilə birlikdə videokolposkopiya, arxa duqlas boşluğunun punksiyası.
  • Histerosalpinqoqrafiya – uşaqlıq borularının keçiriciliyinin rentgen müayinə vasitəsilə yoxlanılması.
  • Uşaqlıq boşluğunun diaqnostik və müalicəvi (endometriumun hiperplaziyası, poliplər zamanı) məqsədlə qaşınması , histeroskopiya. (operativ və diaqnostik).
  • Solkovagin, vaqotil, diatermokoaqulyasiya ilə uşaqlıq boynu eroziyasının müalicəsi.
  • Uşaqlıq boynunun konizasiyası.
  • Uşaqlıq boynunun displaziyası zamanı elektrocərrahi ilgək eksiziyası.
  • Elektrokoaqulyasiya və konservativ metodlarla kondilomaların götürülməsi.
  • Bartolin vəzisi kistinin xaric edilməsi.
  • Mini –abort (hamiləliyin 3–4 həftəlikdə dayandırılması).
  • 12 həftəliyə qədər hamiləliyin dayandırılması.
  • USM altında uşaqlıqdaxili spiralın qoyulması.
  • Uşaqlıqdaxili spiralın xaric edilməsi.
         < < < MƏQALƏLƏR > > >