Zərbə dalğası – səs dalğaları olub əzələ, sümük və ya
birləşdirici toxumaya təsir göstərir. Zərbə dalğasının
təsiri nəticəsində lokal olaraq qan dövranı sürətlənir,
maddələr mübadiləsi sürətlənir və hüceyrələrdə ion
mübadiləsi bərpa olunur. Bununla da katabolizmin son
məhsullarının xaric edilməsi intensivləşir, hüceyrələrdə
bərpaedici proseslər sürətlənir, iltihabəleyhi və ödeməleyhi
effekt alınır. Zərbə dalğaları patoloji ocaq nahiyəsində
olan ağrı impulslarının qüsurlu dövranını dağıdaraq, ağrını
tez bir zamanda aradan qaldırır.
Zərbə dalğalı terapiya bir sıra xəstəliklərin
müalicəsində istifadə olunur:
- Ortopediya/ cərrahiyyə: daban ağrısı, çiyin-kürək
periartriti, trigger nöqtələri, psevdoartrozlar,
sınıqların zəif konsolidasiyası (bitişməsi) və s.
- Nevrologiya: insultdan sonrakı parez əlamətləri,
polinevropatiyalar və s.
- Urologiya: xroniki çanaq ağrıları sindromu, Peyroni
xəstəliyi, trigger nöqtələrinin terapiyası
- Angiologiya / dermatologiya / cərrahiyyə: yaraların
müalicəsi, dəri yanıqları, kobud çapıqların müalicəsi.
- Kosmetologiya – sellülit, dərialtı toxumaların
fibroz dəyişiklikləri, limfostatik qalınlaşmalar.
Ətraflı....
N.Tusi adına Klinikada zərbə-dalğalı terapiya DUOLİTH
SD1 (STORZE MEDİCAL AG) aparatında aparılır. |