Siz buradasınız: Poliklinika / Fizioterapiya / ...

RU

FƏQƏRƏARASI DİSK YIRTIĞININ ƏMƏLİYYATSIZ MÜALİCƏSİ

SpineMED® - Fəqərəarası disk yırtığının lokal traksiya metodu ilə müalicəsi üçün dekompressiya sistemi

Fəqərəarası disk yırtığı – osteoxondrozun ən ciddi fəsadlarından biridir. Xəstəlik müxtəlif yaş dövrlərində təsadüf edilir. Disk yırtığı dedikde deformasiya olunmuş fəqərəarası diskin yerdəyişməsi nəzərdə tutulur. Müalicə olunmazsa xəsətlik əmək qabiliyyətinin itirilməsinə, hətta əlilliyə qədər ağırlaşa bilər. Fəqərəarası disk yırtığının ilk və aparıcı simptomu güclü ağrılardır. Yerini dəyişmiş fəqərəarası disk sinirlərin sıxılmasına, iltihab və ödemə səbəb olur. Yırtıq bel nahiyəsində yerləşərsə nəinki ağrı, eyni zamanda sinirlərin zədələnməsi nəticəsində aşağı ətraflarda zəiflik, hissiyyat pozulmaları da müşahidə olunur.

Son zamanlara qədər onurğa sütununun dartılması bu kimi hallarda istifadə edilən effektiv müalicə metodlarından biri hesab olunurdu. Lakin tibb elminin əldə etdiyi texniki nailiyyətlər bu metoda yeni bir baxış bucağının yaranmasına səbəb oldu.

SpineMED® ilə lokal traksiya metodu fəqərə sütununu zədələnmiş nahiyəsində lokal olaraq dartılma (traksiya) yaradılmasına əsaslanır. Bütün bu proses isə tam olaraq kompüter sistemi ilə tənzimlənilir.

Bu zaman qonşu fəqərələr arasındakı sahə getdikcə böyüyür (bir neçə millimetr), yırtıq möhtəviyyatı dartılır, zədələnmiş diskin həcmi bərpa edilir. Yırtıq möhtəviyyatı dartıldıqca sinir köklərinin sıxılması gedərək azalır və bu da ağrı sindromunun itməsinə səbəb olur. Bu metod dünyanın bir sıra ölkələrində çox böyük müvəffəqiyyətlə tətbiq edilir. Bir sıra hallarda konservativ (əməliyyatsız) metodların tətbiqinin heç bir nəticə vermədiyi zaman bu metod xəsətliyin tam olaraq müalicəsinə imkan verir. SpineMED® ilə lokal traksiya metodu nəinki ağrı sindromunun tez bir zamanda aradan qaldırılmasına, eyni zamanda yırıtq möhtəviyyatının da artıq ilk seanslardan başlayaraq həcminin azalmasına imkan verir. Müalicə qısa müddət ərzində xəstənin aktiv həyat fəaliyyətinə qayıtmasına səbəb olur.

SpineMED® ilə qeyri cərrahi dekompressiya metodu aşağıdakı hallarda tətbiq edilir:

  • Disk yırtığı və protruziyası
  • Diskin degenerativ zədələnməsi
  • Bel-oma radikuliti
  • Əməliyyatdan sonra da ağrı sindromunun qaldığı pasiyentlər
  • Spinal stenoz

Əks göstərişlər isə aşağıdakı hallara aiddir:

  • Onurğa sütununun qeyri stabil vəziyyəti (keçirilmiş sınıqlar)
  • Nəzərəçarpan osteoporoz
  • Onurğa sütunu şişləri
  • Onurğa sütununun traksiya tətbiq ediləcək hissəsində cərrahi yolla yerləşdirilmiş mexaniki fiksatorlar (xüsusi ştiftlər, vintlər və digər implantantlar)
  • Diskin kalsifikasiyası
  • Fəqərəarası oynaqların ağır dərəcəli artritləri
  • Hamiləlik
  • 15 yaşa qədər olan xəstələr.

SpineMED® bu gün dünyada tətbiq edilən ən müasir dekompressiya metodudur.

Prosedura elektron nəzarət olunması zədələnmiş seqmentin dəqiq lokalizasiyasını təyin etməyə imkan verir. Bu isə daha az traksiya tətbiq etməklə effektiv nəticə almağa zəmin yaradır. Bundan əlavə SpineMED® sistemi əzələlərin reflektor olaraq yığılmalarının qarşısını alır. Əzələ spazmlarının və reflektor yığılmalarının qarşısının alınması isə dekompressiyanın daha da effektli həyata keçirilməsinə şərait yaradır.

SpineMED® ilə müalicə kursu adətən 15–25 seansdan ibarət olur. Hər seansın davam etmə müddəti isə 30 dəqiqə təşkil edir. Prosedur xəstə üçün təhlükəsiz olub rahat və komfortlu bir şəraitdə aparılır.

Eyni zamanda N. Tusi adına klinikada fəqərəarası disk yırtığının cərrahi müalicəsi də həyata keçirilir. Interlaminektomiya əməliyyatı az travmatik olub mikrocərrahiyyə yolu ilə həyata keçirilir.

 

 

www.spinemed.com

www.backstrong.net

 

 

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >