Siz buradasınız: Poliklinika / Fizioterapiya / ...

RU

HIDROKOLONOTERAPIYA

Hidrokolonoterapiya - yoğun bağırsağın monitorluən effektli təmizlənməsi üsuludur.Prosedur xüsusi hazırlanmış su vasitəsi ilə aparılır,müalicəvi dəmləmələr , dərman məhlulları ,mineral sular , ozon- və oksigen də istifadə olunur.Prosedur 15dəqiqədən 1 saata kimi davam edə bilər.
Hidrokolonoterapiya bağırsaqlarda və qarın boşluğu orqanlarına mexaniki, biokimyəvi və reflektor təsir göstərir.Həmçinin adı çəkilmiş nahiyyələrin qan dövranı yaxşılaşır və qan durğunluğu nəticəsində əmələ gələn iltihabi proseslər(kolitlər, proktitlər,prostatitlər,qadın cinsi orqanların iltihabı) aradan qalxır.İmmun sisteminə və maddələr mübadiləsinə gücləndirici təsir edir.Bədəni allergik, dərman , qida, alkoqol, narkotik toksinlərdən təmizləməyə kömək edir.Bağırsaqlarda, qarın boşluğunda bir çox manipulyasiyalar və əməliyyat önü hidrokolonoterapiyaya göstərişdir.

Bu baxımdan hidrokolonoterapiyaya göstərişlər:

  • Bağırsaq diskineziyaları(qəbizlik,diareya, köp)

  • Disbakterioz

  • Qurd və ibtidai parazitar xəstəliklər

  • Dəri xəstəlikləri(akne, seboreya,neyrodermit,psorioz)

  • Allergiyalar

  • Piylənmə, metabolik sindrom, şəkərli diabet, podaqra

  • Qadın və kişi cinsi orqanlarınıniltihabi xəstəlikləri

  • İmmunitetin zəifləməsi

  • Orqanizmin gigyenik və profilaktik təmizlənməsi

         < < < MƏQALƏLƏR > > >

           < < < YENİLİKLƏR > > >