|
Dayaq – hərəkət sistemində gərginliyin artması ilə
əlaqədar yaranan xəstəliklər müasir travmatologiya və idman
təbabətinin ən aktual problemlərindən biridir.
Tez-tez təkrarlanan stereotipik və periodik təzyiqlər həm
professional olaraq təzyiq altında işləyən şəxslərdə
(idmançılar, ağır fiziki işlə məşğul olan şəxslər və s.),
həm də az məşq etmiş və yaşlı şəxslərdə ağrıların meydana
çıxmasına səbəb olur.
Şəkil 1.
Çiyinin kalsifikasiya olunmuş tendiniti
Tennisçi dirsəyi (mil sümüyünün epikondiliti)
Axillotendinit
Daban mahmızı (şpor)
Çiyinin dirsək epikondiliti
Bud sümüyü troxanteriti
Diz qapağının xüsusi bağının tendiniti
Qamış sümüyünün qabırğa sindromu
Bəzən bu xəstəliklər o qədər idmançıların professional
fəaliyyəti ilə bağlı olur ki, hətta adları belə idman növünə
uyğunlaşdırılır. Məs, tennisçi dirsəyi, hündürlüyə tullanan
adamın dizi, qolfist dirsəyi və s.
Tez-tez təkrarlanan stereotipik və periodik təzyiqlər yuxarı
və aşağı ətraf oynaqlarında davamlı ağrı sindromunun
formalaşmasına səbəb olur. Şəkil 2 (saat əqrəbi istiqamətində)
Travma, iltihab, ağrı, hərəkət məhdudluğu
Normal funksiya və strukturun pozulması
Təkrar təzyiq zamanı travmanın bir qədər də dərinləşməsi
Kəskin dağıdıcı təzyiq
Bu zaman vətərlərdə və onları qidalandıran mikrodamarlarda
birləşdirici toxuma liflərinin zədələnməsi baş verir. Lokal
olaraq ödem, toxuma hipoksiyası və ağrı meydana çıxır. Və
beləliklə qüsurlu dövran qapanır.
Nəticədə xroniki iltihab ocağı formalaşır ki, bu da dayaq –
hərəkət sisteminin funksiyasını bir qədər də zədələyərək
oynaqların zəifləməsinə, vətər-bağ aparatının
kövrəkləşməsinə və onların sümüklə kontakt nahiyələrində
ağrılı çıxıntıların əmələ gəlməsinə (kalsifikasiya) səbəb
olur.
Lateral epikondilit
Bu xəstəlik “tennisçi dirsəyi” adı ilə də tanınmışdır.
Professional olaraq bu idman növü ilə məşğul olan şəxslərdə
daim yuxarıdan tennis topuna zərbə edilməsi nəticəsində
dirsək nahiyəsinin əzələ və bağ aparatında gərilmələr baş
verir. Lakin xəstəlik yalnız tennislə məşğul olan şəxslərdə
qeydə alınmır. Dirsək oynağında təkrarlanan hərəkətlərlə
müşahidə olunan digər peşələr də (məs, rəngsaz, dülgər və
s.) xəstəliyin inkişafına şərait yaradır.
Daban mahmızı
Bədənin ağırlıq mərkəzinin önə doğru yerdəyişməsi (çəki
artıqlığı, diz əzələlərinin zəifliyi və s) yeriş, qaçış və
yaxud tullanma hərəkətləri zamanı ayaqaltı nahiyənin
aponevrozunda xırda mikrotravmalara gətirib çıxarır.
Zədələnmiş liflərin yenidən bərpası isə onun sümükləşməsi
ilə nəticələnir.
Dabana təzyiq zamanı ağrıların əmələ gəlməsi aponevrozda
yeni – yeni zədələnmələrin baş verməsi ilə əlaqədardır.
Çox vaxt bu xəstəlikdən əziyyət çəkən xəstələr terapevtik
olaraq düzgün istiqamətləndirilmirlər. Belə ki, bu xəstələr
uzun illər ağrıkəsici dərman preparatları qəbul edir,
fizioterapiya kurslarına gedir, müxtəlif ortopedik
fiksatorlardan istifadə edirlər.
Son illərdə bu xəstəliklərin ən effektiv müalicə metodu
zərbə dalğalı terapiya hesab edilir.
Zərbə dalğaları – səs dalğaları olub, 1500 m/san. sürətlə
toxumalara enerji impulsu verir. Əzələ, sümük, birləşdirici
toxuma ilə sərhəddə enerji ayrılması baş verir.
Zərbə dalğalı terapiyanın aşağıdakı effektləri müşahidə
olunur:
- Ağrı sindromu nəzərəçarpacaq dərəcədə azalır.
- Yerli qan dövranı yaxşılaşır.
- Bərkləşmiş sümük çıxıntıları, fibroz ocaqlar kövrəkləşir
və getdikcə sorulur.
- Oynaqlarda hərəki məhdudluq aradan qaldırılır.
Zərbə - dalğalı terapiyanın üstünlükləri:
- Travmatologiya və ortopediyada q/invaziv müalicə metodu
kimi
- Dayaq-hərəkət sisteminin travma və xəstəliklərində cərrahi
müalicəyə alternativ metod kimi
- Cəmi 3–5 ambulator seansa nəzərəçarpan effektin alınması.
- Xəstəliyin həm erkən, həm də xroniki stadiyalarında
istifadə edilə bilər.
- Analgetiklərdən istifadə etmədən ağrının tez aradan
qaldırılması.
N. Tusi adına Klinikada zərbə dalğalı terapiya STORZ MEDİCAL
AG istehsalı olan DUOLİTH SD1 aparatında həyata keçirilir. |