|
Fizioterapiya – fiziki faktorlar vasitəsilə
müalicə deməkdir. Fiziki faktorlar dedikdə elektromaqnit
dalğaları, vibrasiya, titrəmələr, işıq, istilik nəzərdə
tutulur.
Fizioterapevtik müalicənin aparılma məqsədi:
- Ağrıların aradan qaldırılması
- İltihabın azaldılması
- Ödemlərin aradan qaldırılması
- Qan dövranının yaxşılaşdırılması
- Hüceyrə və toxumaların qidalanmasının (trofikasının)
yaxşılaşdırılması
- Regenrasiya müddətinin qısaldılması (toxumaların
bərpa olunması müddəti)
- Spazmların aradan qaldırılması
- Vegetativ sinir sisteminin stabilizasiyası
- Neyrohumoral requlyasiyanın bərpa olunması
Bütün prosedurlar individual olaraq həkim-fizioterapevt
tərəfindən təyin olunur. Müalicə metodu, müddəti və
intensivliyi xəstəlikdən, pasiyentin fərdi
xüsusiyyətlərindən asılı olaraq müxtəlif olur.
N. Tusi adına Klinikanın fizioterapiya şöbəsində geniş
spektrli fizioterapevtik müalicə metodlarından istifadə
olunur. Şöbə Niderlandın “Enraf Nonius”firmasının
müasir proqramlaşdarılmış aparatları ilə təchiz olunmuşdur.
Endomed 482 aparatı ilə orta və aşağı tezlikli
elektroterapiya vasitəsilə aşağıdakı fizioterapevtik müalicə
formaları aparılır:
- Transdermal elektroneyrostimulyasiya – səthi sinir
uclarını stimulyasiya etməklə ağrıkəsici effekt göstərir
- Miostimulyasiya – əzələ liflərinin yığılmasını təmin
edir. İflic, parez, əzələ tonusunun aşağı düşməsi,
atrofiyası zamanı tətbiq edilir
- Qalvanizasiya – bu üsul vasitəsilə orqanizmə daimi
elektrik cərəyanı ilə dərman preparatları yeridilir
(elektroforez). Bu isə həmin dərman maddəsinin
uzunmüddətli təsirinə, yüksək farmakoloji aktivliyinə
imkan yaradır. Qalvanizasiyanın yan təsirləri praktiki
olaraq mövcud deyil
- Diadinamik cərəyanlar
- İnerferension cərəyanlar
Qısadalğalı terapiya bilavasitə CURAPULS 97 aparatı
ilə həyata keçirilir.
Yüksəktezlikli terapiya qan və limfa dövranını
yaxşılaşırmaqla iltihabəleyhi təsir göstərir. Eyni zamanda
spazmları aradan qaldırmaqla ağrıkəsici effekt verir.
Qısadalğalı terapiyanın əsas üstün cəhəti onun daha dərində
yerləşən toxumalara təsir göstərməsindədir. Bu metod nəinki
xroniki, eyni zamanda bəzi hallarda kəskin proseslərdə də
tətbiq oluna bilər, baxmayaraq ki, fizioterapiyanın bir çox
metodları xəstəliyin kəskin fazası üçün əks göstərişdir.
Mikrodalğalı terapiya (RADARMED 950)
mikrosirkulyasiyanı və toxuma trofikasını yaxşılaşdırır,
sinir və endokrin sistemə requlyasiyaedici təsir göstərir.
Bir o qədər də güclü olmayan elektromaqnit sahələri bir çox
xəstəliklərin, o cümlədən iltihabi, oynaqların travmatik və
distrofik xarakterli xəstəliklərində, bir sıra sinir sistemi
və daxili orqan xəstəliklərində istifadə olunur.
USM (ultrasəs ilə müalicə) SONOPULS 950 aparatı
vasitəsilə həyata keçirilir. Bu metod yerli limfa və qan
dövranını yaxşılaşdirmaqla iltihabəleyhi və sorucu təsir
göstərir. Ultrasəs vasitəsilə də dərman preparatlarını
toxuma daxilinə yeritmək olar (fonoforez).
Eyni zamanda N.Tusi adına Klinikanın fizioterapiya şöbəsində
maqnitoterapiya, darsonvalizasiya, inhalyasiya, akupunktura,
akupressura, farmakopunktura, hirudoterapiya, massaj müalicə
metodlarından da istifadə olunur.
N.Tusi adına Klinikada STORZ MEDICAL AG istehsalı olan STORZ DUOLITH SD1 aparatında zərbə-dalğalı terapiya aparılır. Bu, bir sıra xəstəliklərin yeni yüksək effekli müalicə metodudur.
- Daban ağrısı,
çiyin-kürək periartriti, trigger nöqtələri,
psevdoartrozlar, sınıqların zəif konsolidasiyası (bitişməsi)
və s.
- İnsultdan sonrakı parez əlamətləri,
polinevropatiyalar və s.
- Xroniki çanaq ağrıları sindromu, Peyroni xəstəliyi,
trigger nöqtələrinin terapiyası
- Yaraların müalicəsi, dəri yanıqları, kobud
çapıqların müalicəsi.
- Sellülit, dərialtı toxumaların fibroz dəyişiklikləri,
limfostatik qalınlaşmalar.
|