| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Poliklinika/ Endokrinologiya/ ... |
|
QALXANABƏNZƏR VƏZİNİN DİSFUNKSİYASI |
|
Qalxanabənzər vəzinin sekresiya etdiyi yodla birləşmiş amin
turşulardan ibarət olan T3, T4 hormonları orqanizmin bir
sıra metabolik proseslərində iştirak edir. Bu hormonların
sekresiyasında əsas stimulyator hipofizdə sintez olunan
tireotrop –TTH hormonudur. Öz növbəsində tireotrop
hormonunun sintezi də hipotalamusda hazırlanan və hipofizin
qapı sisteminə daxil olan tireoliberinin nəzarəti
altındadır. Tireoid hormonlar və TTH-un qarşılıqlı əlaqəsi
şəkil 1 –də göstərilmişdir. T4 hormonunun yeganə sekresiya mənbəyi qalxanabənzər vəzidir.Sutka ərzində təxminən 80-90 mkq T4 hormonu sekresiya edilir. Bu hormonun təxminən 30 mkq-ı T3 hormonuna çevrilir. Tireoid hormonlar qanda həm sərbəst, həm də birləşmiş vəziyyətdə olur. Yalnız sərbəst halda olan T3 və T4 hormonal aktivliyə malikdirlər. T3 hormonunun aktivliyi T4-dən təxminən 3 dəfə artıqdır. Bu hormonların sərbəst fraksiyası qanda azlıq təşkil edir.Əsas hissələri transport zülallarla, ilk növbədə də tiroksin birləşdirici qlobulinlə bağlı vəziyyətdə olur. Qalxanabənzər vəzinin bir sıra xəstəlikləri hormonların sintezində kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur, vəzinin ölçüləri böyüyür və ya düyünlər əmələ gəlir. HİPOTİREOZ Hipotireoz – qalxanabənzər vəzinin hormonal sekresiyasının azalması ilə xarakterizə olunan bir sindromdur. Hipometabolizm – kalori ehtiyatlarının azalması bu sindromun əsas xüsusiyyəti hesab olunur. Əhali arasında hipotireozun yayılma tezliyi 1%, 65 yaşdan yuxarı isə 4% təşkil edir. Hipotireoza nələr səbəb ola bilər? Anadangəlmə inkişaf qüsurları, yod çatışmazlığı, tireoidit, cərrahi yolla qalxanabənzər vəzinin müəyyən hissəsinin götürülməsi, şüalanma və s. kimi hallarla yanaşı hipotireozun əmələ gəlməsində irsi faktorun rolu da danılmazdır. Hipotireozun kliniki əlamətləri Yaddaşın pozulması, keyləşmə, depressiya, bradikardiya, əzələ rigidliyi, oynaqlarda ağrılar, qəbizlik, anemiya və s. Dəri örtüyü quru və soyuq olur, dərialtı piy qatında toplanan hialuron turşusu mayenin yığlmasına səbəb olur və miksedema inkişaf edir. Perikard və periton boşluğuna da maye yığıla bilər. Bu maye tərkibində zülalın çoxluğu ilə xarakterizə olunur. Hipotireozun diaqnostikası Xəstəliyə diaqnoz qoymaq üçün hormonal müayinə əsas göstəricidir. Qanda ümumi T4, sərbəst T4, ümumi T3 və TTH yoxlanılır. TTH-un yüksəlməsi və T4 hormonunun azalması birincili hipotireoz diaqnozunu qoymağa əsas verir. T4 hormonunun normal miqdarda, TTH-un yüksəlməsi isə gizli keçən hipotireozdan xəbər verir. Ümumi və sərbəst T4-ün azalması, TTH-un aşağı göstəriciləri isə ikincili hipotireozdan xəbər verir. Müalicə Ciddi olaraq həkim endokrinoloqun nəzarəti altında tireoid hormonlarının qəbulu xəstəliyin əsas müalicəsi hesab olunur. 1-2 həftəyə xəstənin vəziyyəti tədricən yaxşılaşmağa doğru gedir, lakin tam terapevtik effekt (eutireoz) 2-3 aydan sonra əldə olunur. TİREOTOKSİKOZ Hipertireoz və ya tireotoksikoz tireoid hormanların həddindən artıq sekresiyası və hipermetabolizmlə xarakterizə olunan bir sindromdur. Kişilər arasında rastgəlmə tezliyi 0.2%, qadınlar arasında isə 2% təşkil edir. Kliniki əlamətləri Həddindən artıq həssaslıq, qorxu hissi, tərləmə, tremor,
taxikardiya, bədən çəkisinin itirilməsi, qadınlarda
menstrual tsiklin pozulmaları və s.
Tireotoksikozun diaqnostikası |
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi