Tireotoksikoz – qalxanabənzər vəzinin xəstəliyi olub
qanda tireoid hormonlarının miqdarının artması ilə
xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz
toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər
vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma,
çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər zamanı
qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və
triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və
lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin
funksiyalarının pozulmasına gətirib çıxarır.
Tireotoksikozdan əziyyət çəkən xəstələrin əsas
şikayətləri aşağıdakılardır:
- Sinir sisteminin həssaslığının artması, yuxu
pozulması, əsəbilik.
- Ürək döyüntülərinin sayının artması.
- Tərləmə, istilik hissi, yüksək temperatura qarşı
dözümsüzlük.
- Ətrafların və ya bütün bədənin titrəməsi.
- Tezləşmiş stul və sidik ifrazı.
- Proqressivləşən çəki azalması – arıqlama.
- Zəiflik, tez yorulma.
- Menstrual tsiklin pozulması.
Xəstənin müayinəsi zamanı sinus taxikardiyası, qulaqcıq
səyriməsi, xırda tremor, isti, nəm dəri örtüyü, palmar
eritema (əlin ovuc hissəsinin qızarması), onixoliz
(dırnaqların zədələnməsi), qaşınma, övrə, diffuz alopesiya
(saçların tökülməsi), əzələ zəifliyi əlamətləri aşkar edilə
bilər. Həmçinin diffuz toksiki zobdan əziyyət çəkən xəstələr
üçün gözün zədələnməsi – oftalmopatiya da xarakterikdir:
gözdə quruluq və ağrı hissi, göz almalarının qabarması,
hərəkətliliyinin zəifləməsi və s.
Yuxarıda göstərilən əlamətlərin bu və ya digər dərəcədə
nəzərə çarpması xəstəliyin ağırlıq dərəcəsindən (yüngül,
orta və ağır) asılı olaraq müxtəlif olur. Məsələn, yüngül
forma zamanı çəki azalması az nəzərə çarpır, ürək
vurğularının sayı dəqiqədə 100-ü keçmir, əsasən əsəbilik,
yuxu pozğunluğu, emosional labillik kimi əlamətlər daha çox
üstünlük təşkil edir. Ağır dərəcəli tireotoksikoz zamanı bir
sıra orqanlarda: ürək, qaraciyər, sinir sistemində ciddi
dəyişikliklər meydana çıxır, arterial təzyiq yüksəlir, ürək
döyüntülərin sayı dəqiqədə 120 vurğunu keçir, əzələ zəifliyi
müşahidə edilir, əmək qabiliyyəti xeyli azalır. Ağır
dərəcəli tireotoksikoz qeyri-dəqiq müalicənin və ya heç
müalicə almamanın nəticəsində inkişaf edir. Tireotoksikozun
ən ciddi ağırlaşmalarından biri də tireotoksiki krizdir. Bu
zaman xəstənin bədən temperaturu yüksəlir, xəstə oyanıq
olur, diffuz qusma və diareyya nəticəsində orqanizmin
susuzlaşması baş verir. Arterial təzyiq kəskin enir. Bütün
bu əlamətlər komanın inkişafına qədər gətirib çıxara bilər.
Qeyd etmək lazımdır ki, bu cür kriz orta ağırlıq dərəcəli
tireotoksikoz zamanı da əmələ gələ bilər. Krizin əmələ gəlmə
səbəblərindən biri öncədən heç bir hazırlıq aparılmadan
tireotoksikozlu xəstələrin qalxanabənzər vəzisində
əməliyyatın aparılmasıdır
Diaqnostika
Tireotoksikozun diaqnostikasında əsas müayinə metodu qanda
qalxanabənzər vəzi hormonlarının miqdarının təyin
olunmasıdır. Bu zaman qanda TSH-ın (hipofiz tərəfindən
sintez olunan tireostimullaşdırıcı hormon) miqdarı kəskin
azalır, tiroksin (T4) və triyodtironin (T3) hormonlarının
miqdarı isə artır. Digər müayinələrin aparılmasında məqsəd
isə tireotoksikozun əmələ gəlməsinə səbəb olan amili aşkar
etməkdən ibarətdir. Əlavə olaraq digər laborator müayinələr,
tireoid vəzinin USM-i, ssintoqrafiyası aparıla bilər.
Tireotoksikozun müalicəsi
Diffuz toksiki zob zamanı (Bazedov-Qreys xəstəliyi)
aşağıdakı müalicə metodları tətbiq olunur: tireostatik
preparatlar, yod radionuklidi təyin olunur, operativ
müdaxilə aparılır. Tireostatik preparatlarla müalicəsinin ən
başlıca çatışmazlığı aparılmış kurs terapiyadan sonra
residivlərin əmələ gəlmə tezliyinin yüksək olmasıdır. Bundan
əlavə bu cür müalicə uzun müddətli olur və bir çox hallarda
xəstələr müalicəni tam olaraq yerinə yetirə bilmirlər.
Qalxanabənzər vəzinin funksional avtonomiyasında isə
medikamentoz müalicə qeyri effektiv olur. Radioaktiv yodla
aparılan müalicəsindən sonra isə residivlər çox az rast
gəlinir. Lakin bu gün Azərbaycanda bu metodun tətbiqi üçün
tibbi müəssisələrdə kifayət qədər şərait yoxdur. Xəstələrin
xaricə göndərilməsində də bir sıra problemlər var, belə ki,
bu cür xəstələr kurs müalicədən sonra ən azı bir il
müddətində müalicə aldığı həkimin nəzarəti altında
olmalıdırlar. Yalnız uğurla aparılmış operativ müdaxilə
yuxarıda göstərilən çatışmamazlıqdan azaddır.
Operativ müalicə
Diffuz toksiki zob zamanı əksər hallarda qalxanabənzər
vəzinin subtotal rezeksiyası əməliyyatı aparılır, belə ki,
vəzinin qalxanabənzər ətraf vəzilər hissəsində 2–4 qram
saxlanılır. Çoxlu düyünlü zob, toksiki adenomalar zamanı
vəzinin yarı hissəsi rezeksiya olunur. Bəzi hallarda çoxlu
düyünlü zob zamanı vəzinin tam olaraq çıxarılması əməliyyatı
da aparıla bilər. Xəstəliyin maliqnizasiyasına şübhə olduqda
(bədxassəli şiş) vəzi regionar limfatik düyünlərlə birlikdə
xaric edilir. Standart halda əməliyyat adətən 90 dəq.
müddətində davam edir. Son illər kosmetik nöqteyi-nəzərdən
əməliyyat nahiyəsinin daha az bilinməsi üçün ultraqısa
kəsiklərdən istifadə olunur. N.Tusi adına klinikada yaşından
və cinsindən asılı olmayaraq bütün xəstələrdə əməliyyat
nahiyəsinə müdaxilə ölçüsü 2 sm-ə qədər olan kosmetik
ultraqısa kəsiklər vasitəsilə aparılır. Əməliyyatdan artıq 1
ay sonra yara yeri demək olar ki, heç bilinmir.
Klinikamızda son bir ildə planlı əməliyyatlardan əlavə 3
nəfər tireotoksiki krizlə müraciət etmiş xəstələr çox uğurla
əməliyyat olunmuşlar.
Adətən əməliyyata hazırlıq müddəti 1 neçə saatdan 1 neçə
həftəyə qədər davam edə bilər. Bu müddət qalxanabənzər
vəzinin funksional vəziyyətindən, xəstənin yaşından və
yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Əməliyyata
hazırlıq dövründə xəstə daha dəqiq müayinə olunur, qanda
hormonların miqdarı təyin olunur, tireoid vəzinin USM-i ,
boyun nahiyəsinin 3D rekonstruksiyalı maqnit- rezonans
tomoqrafiyası aparılır. Bəzi hallarda diaqnozu daha da
dəqiqləşdirmək üçün ssintoqrafik müayinə metotundan istifadə
edilir. Tireotoksikoz zamanı əməliyyatdan öncə 3–6 həftə
müddətində xüsusi medikamentoz terapiya aparılır.
Dəqiq və ətraflı müayinənin aparılması, xəstələrin əməliyyat
öncəki hazırlığının yüksək səviyyədə həyata keçirilməsi
sayəsində əməliyyatdan sonrakı müddətdə pasiyentlər 1 sutka
ərzində stasionarda yatırlar. Bu müddət ərzində xəstə həkim
nəzarəti altında olur. Stasionarın bir nəfərlik komfortlu
palataları sputnik TV-yə, telefona və süni iqlim sisteminə
malikdir. Əməliyyat olunmuş xəstələr 1 il müddətində həkim
nəzarətində olub, vaxtaşırı profilaktik müayinələr və
müalicələr aparılır. Bütün bunların nəticəsində residiv
riski minimuma W |