| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Poliklinika / Allerqologiya / ... | |
|
ALLERQOLOGİYA | |
|
Allerqologiya – tibbin allergik xəstəliklərin
öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə
məşğul olan bir sahəsidir.
Allergiya zamanı orqanizm bir sıra maddələrə qarşı hiperhəssaslıq vəziyyətində olur və xarici mühit qıcıqlarına qarşı qeyri adekvat cavab reaksiyası verir. Allergik xəstəliklərin çox geniş yayılmış formalarından biri də bronxial astmadır. Bu tənəffüs yollarının xroniki allergik iltihabi xəstəliyi olub, tutmalar şəklində bronx keçiriciliyinin pozulması, təngnəfəslik, boğulma, öskürək və xırıltılarla müşahidə olunur. Ətraflı... N.Tusi adına Klinikada bronxial astma, allergik rinit, pollinoz, atopik dermatit və s. kimi allergik xəstəliklərin kompleks müayinəsi, diaqnostikası və müalicəsi aparılır. Klinika mütəxəssislərinin xidmətində dəqiq diaqnoz qoymaq üçün müasir tipli laborator –diaqnostik baza fəaliyyət göstərir. Bu müayinələrə aşağıdakılar daxildir:
Orqanizmə daxil olma yollarından asılı olaraq tənəffüs, qida, dəri allergenləri ayırd edilir. Bunların arasında tənəffüs və qida allergenləri ən çox yayılmış hesab olunur. Bu allergenləri təyin etmək üçün N.Tusi adına Klinikanın laboratoriyasında xüsusi test aparılır. Tənəffüs allergenlərindən pişikquyruğu, yovşan, ətirşah, ağcaqayın, çovdar, kif göbələkləri, dermatophagoides pteronyssinus, dermatophagoides farinae, pişik tükü, it tükü, qida allergenlərindən isə buğda, soya paxlası, qarğıdalı, fındıq, fıstıq, süd, yumurta, balıq əti, pomidor, portağal təyin edilir. Allergiyadan əziyyət çəkən insanlarda bu allergenlərlə təmas nəticəsində qanda xüsusi İgE antitelləri əmələ gəlir. Göstərilən metod həmin antitellərin təyininə əsaslanır. Klinikamızda allergik xəstəliklərdən (bronxial astma, allergik rinit, məxmərək, atopik dermatit və s.) əziyyət çəkən pasiyentlərin müayinə və müalicəsini həkim-allerqoloq Əliyeva Xatirə həyata keçirir. Sizi maraqlandıran sualları bu forma vasitəsilə həkimə göndərə bilərsiniz. |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |




Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi