Siz buradasınız: Poliklinika / ...

RU

POLİKLİNİKA

N.Tusi adına Klinikanın poliklinika şöbəsində konsultativ qəbulu müxtəlif profildən olan ali dərəcəli həkimlər, tibb elmləri namizədləri və doktorları aparır.Yüksək texnologiyalı diaqnostik aparatlar qısa bir müddət ərzində tam müayinə apararaq dəqiq diaqnoz qoymaq və vaxtında müalicəyə başlamaq imkanı verir. N.Tusi adına Klinika geniş profilli tibbi müəssisədir. Bütün ixtisaslardan olan həkimlərin birgə səyi nəticəsində xəstələrin problemləri tez,effektiv və kompleks şəkildə həll olunur.

Ginekologiya

Klinikada ambulator olaraq müxtəlif terapevtik və diaqnostik prosedurlar, kiçik cərrahi əməliyyatlar həyata keçirilir. Burada kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin, uşaqlıq boynu və yolunun patologiyalarının, uşaqlıq miomları və poliplərinin, menstrual tsikl pozğunluqlarının, müxtəlif etiologiyalı sonsuzluqların və s. xəstəliklərin diaqnostika və müalicəsi aparılır. Eyni zamanda təbii və cərrahi klimaks zamanı əvəzləyici hormonal terapiya, kontrasepsiya və s.aparılır. Ətraflı...

Urologiya və andrologiya

Urologiya – tibbin sidik-cinsiyyət sisteminin xəstəlikləri ilə məşğul olan bir sahəsidir. Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması, erektil disfunksiya, kişi sonsuzluğu və s.). N. Tusi adına Klinikanın urologiya şöbəsində böyrəklər, sidik kisəsi, uretra və prostat vəzinin müxtəlif xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi həyata keçirilir. Ətraflı...

Nefrologiya

Nefrologiya – böyrək və sidikçıxarıcı yolların xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. N. Tusi adına Klinikada kəskin və xroniki pielonefrit, kəskin və xroniki qlomerulonefrit, nefrolitiaz, diabetik nefropatiya, renal arterial hipertenziya, xroniki böyrək çatışmazlığı və s. kimi xəstəliklərin dəqiq müayinə və müalicəsi aparılır. Ətraflı...

Psixonevrologiya

Nevrologiya – tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir. Ətraflı...
Kliniki psixologiya – fərdi xüsusiyyətlərin mövcudluğu və onlarla bağlı tibbi reaksiyalarının öyrənilməsi ilə məşqul olan tətbiqi psixologiyanın (psixiatriya ilə çarpazlaşaraq) geniş bir sahəsidir. Ətraflı...
Surdologiya (lat. surdus – kar + yunan dilində logos – öyrənmək deməkdir) – defectologiyanın kar və yaxud eşitmə pozuntuları olan pasientlərin adaptasiya problemləri və sosial reabilitasiyası ilə məşqul olan bir sahəsidir. Ətraflı...

Oftalmologiya

Oftalmologiya – tibbin göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. N. Tusi adına Klinikanın oftalmoloji kabinetində göz xəstəliklərinin diaqnostikası üçün bir sıra metodlar tətbiq edilir... Ətraflı...

Otorinolarinqologiya

Otorinolarinqologiya (LOR) – tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir. N. Tusi adina Klinikanın LOR-xidməti Avropa standartlarına cavab verən diaqnostika avadanlıqları ilə təchiz edilmişdir. Ətraflı...

Qastroenterologiya

Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir. Ətraflı...

Kardiologiya

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. N. Tusi adına Klinikanın kardiologiya şöbəsində ürək-damar sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır. Müasir kardiologiyanın əsas diaqnostik metodlarına elektrokardioqramma və exokardioqrafiya aid edilir. Ətraflı...

Endokrinologiya

Endokrinologiya – tibbin daxili sekresiya vəzilərinin fəaliyyəti ilə məşğul olan bir sahəsidir. Daxili sekresiya vəziləri müxtəlif hormonlar sintez edərək qana ifraz edir, bu hormonlar orqanizmin ayrı-ayrı orqan və sitemlərinə, mübadilə proseslərinə təsir göstərir. Orqanizmi həyati vacib prosesləri hesab olunan böyümə, inkişaf, döllənmə, maddələr mübadiləsi və s. kimi proseslərin tənzimlənməsində endokrin sistemin rolu əvəzedilməzdir. Ətraflı...

Mammologiya

Mammologiya – tibbin süd vəzisi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Bu gün süd vəzisi xəstəliklərinin yayılma tezliyi xeyli artmışdır. Bunlardan ən geniş yayılmışı mastopatiyalar hesab olunur. Mastopatiyalar diffuz və düyünlü olmaqla iki qrupa bölünür. Diffuz mastopatiyalarda proses vəzinin bütün toxumasını əhatə edir, düyünlü forma isə lokal xarakter daşıyır. Ətraflı...

Kosmetologiya

Klinikamızın kosmetologiya kabinetində geniş terapevtik kosmetoloji xidmətlər spektri, o cümlədən, müasir kosmetoloji kombayndan istifadə etməklə, sizin ixtiyarınızdadır. Mila D’Opiz, Filorga, Gici, Mary Cohr, H and B (İsveç, İsrail, Fransa, Almaniya) kosmetik vasitələri, və həmçinin təbii komponentlərdən əl ilə hazırlanan kremlər və maskalar istifadə edilir. Ətraflı...

Koloproktologiya

N.Tusi adına klinikanın proktologiya şöbəsində düz və yoğun bağırsağın müxtəlif xəstəliklərinin müayinə və müalicəsi aparılır. Hemorroidal düyünlərin lateks həlqələr vasitəsilə götürülməsi, düyünlərin sklerozlaşdırılması hemorroy xəstəliyinin erkən stadiyalarda tez, effektiv və ağrısız müalicə metodlarından biridir. Ətraflı...

Fizioterapiya

Klinikamızda sinir,dayaq-hərəkət,reproduktiv, tənəffüs və mədə-bağırsaq sistemi xəstəliklərinin kompleks müalicəsində fiziki və dərmansız müalicə formalarından – elektroterapiya( transdermal elektroneyrostimulyasiya,miostimulyasiya,qalvanizasiya),qısa və mikrodalğalı terapiya, maqnitoterapiya, darsonvalizasiya, inhalyasiya, akupunktur, akupressur, farmakopunktura, hirudoterapiya, hirudoterapiya qanburaxma ilə, massaj və s. istifadə olunur. N.Tusi adına Klinikanın fizioterapiya şöbəsi “ENRAF NONİUS” (Hollandiya) firmasının müasir proqramlaşdırılmış aparatları ilə təchiz olunmuşdur. Ətraflı...

Zərbə-dalğali terapiya

Zərbə dalğası – səs dalğaları olub əzələ, sümük və ya birləşdirici toxumaya təsir göstərir. Zərbə dalğasının təsiri nəticəsində lokal olaraq qan dövranı sürətlənir, maddələr mübadiləsi sürətlənir və hüceyrələrdə ion mübadiləsi bərpa olunur. Bununla da katabolizmin son məhsullarının xaric edilməsi intensivləşir, hüceyrələrdə bərpaedici proseslər sürətlənir, iltihabəleyhi və ödeməleyhi effekt alınır. Zərbə dalğaları patoloji ocaq nahiyəsində olan ağrı impulslarının qüsurlu dövranını dağıdaraq, ağrını tez bir zamanda aradan qaldırır. Ətraflı...

Dermatologiya

Dermatologiya (yunan sözü olub “derma” – dəri, “logos” – öyrənmək deməkdir) – dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Ətraflı...

         < < < MƏQALƏLƏR > > >


Rambler's Top100