| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Pasientlərə / ... | |
|
PASİENTLƏRƏ | |
|
Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir. Ətraflı >>>
Skolioz – onurğanın yanlara doğru əyilməsi olub, vertikal ox ətrafında burulmasına (torsiya) deyilir. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır, bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Ətraflı >>> Bud-çanaq oynağinin endoprotezləşdirilməsi Bu oynağın süni endoprotezlə əvəzolunması əməliyyatıdır. Bir çox hallarda bu oynaqda hərəkəti bərpa etmək və ağrını aradan qaldırmaq üçün yeganə metoddur. Oynağın süni protezlə əvəz olunmasından təxminən 1–2 ay sonra xəstə aktiv həyata qayıda bilər. Müasir endoprotezlər 15 ildən artıq müddətdə fəaliyyət göstərə bilər, hər-hansı bir problem olduqda isə yenidən dəyişilə bilər. Ətraflı >>>
Onurğa sütununun bel nahiyəsində əmələ gələn yirtiqlarin operativ müalicəsi Əksər hallarda disk yırtığı osteoxondrozun nəticəsi olaraq meydana çıxır. Fəqərəarası disklər onurğa sütununu təşkil edən fəqərələr arasında yerləşir və onun hərəkətliliyini təmin edir. Diskin mərkəzində pulpoz nüvə yerləşir ki, bu da fibroz həlqə ilə əhatə edilmişdir.Disk bir tərəfi ilə onurğa sütunu kanalı ilə təmasdadır və buradan da beyin-onurğa beyni mayesi vasitəsilə qidalanır. Ətraflı >>>
Prostat vəzi əməliyyatına ehtiyacı olan xəstələrin artıq yeni bir seçimi var – müasir lazer prostatektomiyası. Bu əməliyyat digər prostat əməliyyatlarından fərqli olaraq xəstələr tərəfindən daha yüngül keçirilir və onlar normal həyata daha tez qayıda bilirlər. Lazer prostatektomiya əməliyyatının digər endoskopik (yəni kəsiksiz aparılan) prostat əməliyyatlarından fərqi ondan ibarətdir ki, əməliyyat zamanı lazer zədələnən qan damarlarını bağlayaraq mövcud ola biləcək böyük həcmli qanaxmaların qarşısını almağa imkan verir. Ətraflı >>> Varikosele – toxum ciyəsi venalarının genişlənməsi olub kişilər arasında kifayət qədər geniş yayılmış bir xəstəlikdir (10–15%). Varikosele kişi sonsuzluğuna səbəb olan əsas faktorlardan biridir. Ətraflı >>> Ekstrakorporal distansion zərbə-dalğali litotripsiya Ekstrakorporal distansion zərbə-dalğalı litotripsiya (DZDL) – sidik daşı xəstəliyinin müasir qeyri-invaziv müalicə metodudur. Bu metodun məğzini konkrementin insan bədənindən zərbə ilə keçən akustik dalğalar vasitəsilə parçalanması təşkil edir. Ətraflı >>> Böyrəklər – paxlaya bənzər cüt orqanlar olub peritonarxası sahədə onurğa sütununun yan tərəfində yerləşir. Yetkin adamlarda hər bir böyrəyin uzunluğu 10–12 sm, eni 5–6 sm, qalınlığı isə 4 sm-ə bərabərdir. Hər bir böyrəyin çəkisi orta hesabla 120–200 qramdır. Sağ böyrək soldan 2–3 sm aşağıda yerləşir. Böyrəklərin əsas funksiyası sidiklə orqanizmdə olan toksiki maddələri və artıq mayeni xaric etməkdir. Gün ərzində orta hesabla böyrəklər 200 litrə qədər qan filtrasiya edir. Ətraflı >>>
Venalarin varikoz genişlənməsi Venaların varikoz genişlənməsi (aşağı ətraf venalarının varikoz xəstəliyi) – böyüklər arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Dünyanın bir sıra ölkələrində aparılan epidemioloji tədqiqatlar göstərir ki, 20–25% qadınlar və 10–15% kişilər bu xəstəlikdən əziyyət çəkirlər. Ətraflı >>>
Demək olar ki, hər bir hamilə qadın doğuşa qədər öz körpəsini görməyi arzulayır. Onlar üçün körpənin bətnində necə olması, nə etməsi çox maraqlı olur. Çox vaxt ilk olaraq USM-ə gedərkən də bu kimi suallara cavab axtarırlar. Lakin adi USM bu cür suallara cavab verə bilmir. Bu gün müasir tibbi texnologiyanın inkişaf etməsi sayəsində hamilə qadınların bu xəyalları demək olar ki gerçəkləşib. Ətraflı >>>
Fibroezofaqoqastroduedonoskopiya - Müayinə acqarına aparılır. Öd daşi xəstəliyinin endoskopik metodlarla müalicəsi Öd daşı xəstəliyi bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir. Ətraflı >>>
Qlaukoma – gözdaxili təzyiqin artması nəticəsində inkişaf edən bir xəstəlikdir. Xəstəlik vaxtında müalicə edilməzsə görmə siniri zədələnir və korluq inkişaf edir. Ətraflı >>>
Qaraciyərin steatozu (piy infiltrasiyasi) və steatohepatit Qaraciyərin steatozu və steatohepatit – qaraciyər hüceyrələrində yağların toplanması (steatoz) və hepatositlərdə iltihabi reaksiyanın əmələ gəlməsi, hüceyrələrin məhv olmasıdır (steatohepatit). Ətraflı >>>
Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub, hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast gəlinir. Hipertonikləri ən çox narahat edən əlamətlər baş ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə pisləşir. Ətraflı >>>
Qalxanabənzər vəzinin disfunksiyasi Qalxanabənzər vəzinin sekresiya etdiyi yodla birləşmiş amin turşulardan ibarət olan T3, T4 hormonları orqanizmin bir sıra metabolik proseslərində iştirak edir. Bu hormonların sekresiyasında əsas stimulyator hipofizdə sintez olunan tireotrop – TTH hormonudur. Öz növbəsində tireotrop hormonunun sintezi də hipotalamusda hazırlanan və hipofizin qapı sisteminə daxil olan tireoliberinin nəzarəti altındadır. Tireoid hormonlar və TTH-un qarşılıqlı əlaqəsi şəkil 1 –də göstərilmişdir Ətraflı >>> |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi