Siz buradasınız: Laboratoriya / Seroloji və mikrobioloji / ...

RU

SEROLOJİ VƏ MİKROBİOLOJİ LABORATORİYA

N. Tusi adına Klinikanın laboratoriya bölməsində ən müasir metodlarla geniş spektrli seroloji və mikrobioloji müayinələr aparılır.

Seroloji metodlar xəstəlik törədicisinin antigen və ya antitellərinin zərdabda və ya digər bioloji mayelərdə aşkar edilməsinə əsaslanır.

Orqanizmə hər hansı bir xəstəlik törədicisinin antigeni daxil olduqda cavab reaksiyası olaraq müdafiə xarakterli antitellər əmələ gəlir. Antigen olaraq mikroblar, viruslar və ya orqanizmin dəyişilmiş toxumaları ola bilər. Antitellər orqanizmin müdafiə faktorları olub antigenləri zərərsizləşdirmək xüsusiyyətinə malikdirlər. Bundan əlavə xəstəliyin inkişaf mərhələlərinə uyğun olaraq İgG, İgM, İgA antitelləri ayırd edilir. Məhz bu antitellərin növünə görə müalicə həkimi xəstəliyin kəskin, xroniki və ya sadəcə olaraq müayinə olunan şəxsin xəstəliyin törədicisi ilə - mikrobla kontaktda olması haqqında dəqiq məlumat ala bilər. Bəzi hallarda orqanizm öz toxumalarına qarşı antitellər sintez edə bilər. Bu kimi hallarda seroloji metodlar autoimmun proseslərə diaqnoz qoymağa kömək edir.

Seroloji müayinələrin aparılmasında immunofermentimmunohemilüminissent metodlar tətbiq olunur.

Klinikamızda bir sıra xəstəliklərin (infeksion və autoimmun) dəqiq seroloji diaqnostikası aparılır:

  • virus mənşəli infeksiyalar: Hepatit A, B, C, sitomeqalovirus, herpes, papillomavirus və s.
  • bakterial və protozoy mənşəli infeksiyalar: xlamidioz, mikoplazmoz, toksoplazmoz, bruselyoz, tuberkulyoz və s.
  • helmintozlar
  • autoimmun xəstəliklər

Mikrobioloji müayinələrə aşağıdakılar aid edilir:

  • nativ yaxmanın mikroskopiyası
  • rənglənmiş yaxmanın mikroskopiyası

Cinsi yolla keçən infeksiyaların dəqiq diaqnostikası üçün uretral, servikal materiallar, prostat vəzi şirəsi və s. müayinə olunur. Absses və ya fleqmonaların törədicisinin diaqnostikası üçün isə yara səthindən və ya irinli möhtəviyyatdan götürülmüş material müayinə edilir.

Xəstəliyin törədicisinin kəmiyyət və keyfiyyət göstəricilərini təyin etmək üçün isə bakterioloji diaqnostikadan istifadə edilir. Əsnəkdən, burundan götürülmüş materialların, bəlğəmin, kalın, qanın, sidiyin və s. materialların spesifik qidalı mühitlərdə əkilməsi ilə törədicinin aşkar edilməsi və bir sıra dərman maddələrinə qarşı həmin törədicinin həssaslığının təyin olunması uğurlu müalicənin təminatıdır.

           < < < YENİLİKLƏR > > >