| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Laboratoriya / PZR / ... | |
|
PZR LABORATORİYA | |
|
PZR – polimeraz zəncirvari reaksiyanı laborator
diaqnostikada son onilliyin ən son nailiyyəti hesab etmək
olar. Bu metod gen diaqnostikasına aid edilir. İstənilən
canlı orqanizmin hər bir hüceyrəsi özünəməxsus genetik
materiala (DNT və ya RNT) malikdir ki, bu da onun
digərlərindən 100 % identifikasiya edilməsinə imkan verir.
PZR metodu müayinə olunan istənilən klinki materialda
mikroorqanizmə və yaxud insan orqanizminə aid olan genetik
materialı aşkar etməyə imkan verir. PZR müayinə metodunun imkanları demək olar ki, sərhədsizdir. Tibbdə bu metoddan infeksion xəstəliklərin, erkən mərhələdə olan onkoloji xəstəliklərin, genetik xəstəliklərin diaqnostikasında, həmçinin atalığın təyin edilməsində istifadə olunur. Hazırda N.Tusi adına Klinikanın laboratoriya şöbəsində “Real Time” rejimində hiridizasion-flüoressent deteksiya üsulunun tətbiqi ilə həyata keçirilən PZR metodundan istifadə olunur. Bu üsul PZR metodunun ən müasir və təkmilləşdirilmiş növüdür. “Real time” rejimində PZR metodu müayinə olunan kliniki materialda genetik tərkibi nəinki müayinə qurtardıqdan sonra, hətta prosesin gedişi zamanı da ayırd etməyə imkan verir. Əksər proseslərin tam avtomatlaşdırılması “insan faktoru” ilə əlaqədar meydana çıxa biləcək bütün səhvləri aradan qaldırır. Bu metodun digərlərindən üstün cəhətlərindən biri də kontaminasiya nəticəsində əmələ gələ biləcək bütün səhv müsbət nəticələrin olma ehtimalının sıfıra bərabər olmasıdır. Azərbaycanda ilk dəfə olaraq N. Tusi adına Klinikada “Real Time” rejimində hibridazision – flüoressent deteksiya üsulu ilə xlamidioz, mikoplazmoz, herpes, sitomeqalovirus, trixomoniaz, ureaplazmoz, papillomavirus kimi cinsi infeksiyaların tam diaqnostikası aparılır. B və C hepatitlərinin dəqiq diaqnostikası üçün tam müayinə tsikli yaradılmışdır. Laboratoriyada törədicinin nəinki genetik tərkibi eyni zamanda müayinə olunan materialda miqdarını da təyin etmək mümkündür (kəmiyyət PZR-i). Hepatit C və B-in diaqnostikası və müalicəsi zamanı bu müayinə metodu çox vacibdir. Respublikamızda ilk dəfə olaraq yalnız bizim Klinikada Hepatit C-in genotipi təyin olunur. N. Tusi adına Klinkada PZR metodu ilə aşağıdakı infeksiyaların diaqnostikası aparılır:
|
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |



Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi