Siz buradasınız: Laboratoriya / Kliniki / ...

RU

KLİNİKİ LABORATORİYA

N. Tusi adına Klinikanın laboratoriya şöbəsində geniş spektrli kliniki müayinələr aparılır.

Qanın ümumi müayinəsi tam avtomat rejimdə işləyən Beckman Coulter (ABŞ) hematoloji analizatorunda aparılır. Müayinəyə hemoqlobin, hematokrit, eritrosit, leykosit, trombosit də daxil olmaqla qanın 20-yə yaxın göstəricisi daxildir. Qanın hər bir parametrini ayrılıqda təyin edərək dinamikanı izləmək mümkündür.

Eyni zamanda laboratoriyada periferik qandan götürülmüş yaxmanın mikroskopiyası həyata keçirilir. Retikulositlər təyin edilir. Immunohematoloji müayinələr – qan qrupu və rezus faktorun təyini, qanın ABO sistemi üzrə uyğunluq reaksiyası (Minor və Major Cross Match), Kumbs reaksiyası və s. aparılır.

Qanın laxtalanma faktorları – laxtalanma vaxtı, trombin və protrombin vaxtı və protrombin indeksi, fibrinogen, İNR, APTT və s. avtomatik fotometriya metodu vasitəsilə təyin edilir.

Sidiyin ümumi analizi Yaponiyanın ARKRAY firmasının istehsalı olan avtomatik analizatorda aparılır. Burada sidiyin fiziki və biokimyəvi göstəriciləri ilə bərabər sidik çöküntüsünün mikroskopik müayinəsi də aparılır.

Helmintozların və bağırsaq protozoylarının, mədə-bağırsaq traktında həzm və sorulma proseslərinin pozğunluqlarının dəqiq təyini üçün koproloji müayinələr aparılır.

Uroginekoloji və androloji müayinələrdə geniş istifadə olunan urogenital, prostat vəzi şirəsindən hazırlanmış yaxmaların mikroskopiyası, Kursrok-Miller və Şuvarski sınaqları, spermoqramma, spermada fruktozanın təyini, qanda və spermada antispermal antitellərin təyini və s. müayinələr həyata keçirilir.

Sidiyin, nəcisin, bəlğəmin, urogenital və prostat vəzi şirəsindən alınmış yaxmaların, qanın və s. bioloji möhtəviyyatların əkilməsi və 20 –dən artıq antibiotikə qarşı həssaslığının təyin edilməsi mikrobioloji laboratoriyanın əsasını təşkil edir. Bundan əlavə udlaqdan alınmış yaxmada streptokokk A-nın, vaginal yaxmada streptokokk B-in ekspress təyini də aparılır.