| < < < ƏSAS MENYU > > > |
| |
| < < < XƏBƏRLƏR > > > |
| |
| Siz buradasınız: Laboratoriya / Hormonal və immunoloji / ... | |
|
TROPONİN I | |
|
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə
ürək-damar sistemi xəstəlikləri bütün dünya üzrə əhalinin
ölüm səbəbinə görə birinci yeri tutur. Ürəyin işemik xəstəliyi (ÜİX), o cümlədən kəskin miokard infarktı ürək-damar sistemi xəstəlikləri arasında yaşlı və gənc nəslin nümayəndələrində ən çox ölüm hallarına səbəb olur. Xəstəliyin erkən diaqnostikası aparılan müalicənin effektivliyini artıraraq sağalmanı tezləşdirir və xəstənin əmək qabiliyyətinin itməməsinə imkan verir. Hələ bir neçə il bundan qabaq bu xəstəliyin diaqnostikası üçün istifadə olunan metodlar az informativ olub, müalicənin vaxtında aparılmasına mane olurdu. Lakin yüksək informativ metodların tətbiqindən sonra miokard infarktının diaqnostik kriteriyalarına olan baxışlar tamamilə yeniləndi. Xəstəliyin erkən mərhələrində ürək troponinlərinin (troponin T və İ) qanda səviyyəsinin yüksəlməsi, kliniki əlamətlər və elektrokardioqrafik dəyişikliklər əsas diaqnostik meyarlar kimi qəbul olundu. Troponinlər – ürəyin miokard əzələ toxumasında özünəməxsus aminturşulardan ibarət strukturlar olub, adi eninəzolaqlı əzələ toxumasının zülallarından xeyli fərqlənir. Troponinlər ürək əzələsində iki fraksiyada müşahidə olunur: sitoplazmada yerləşən sərbəst troponin və birləşdirici toxuma liflərində olan birləşmiş troponin. Miokard infarktının inkişafı prosesində, ürəyin əzələ hüceyrələri dağıldıqda troponinlər növbə ilə hüceyrə daxilindən qana keçir. Miokard infarktının digər diaqnostik markeri olan KFK-MB-ə nisbətən troponinlər 2.5 saat tez qanda müşahidə olunur. Bu mərhələdə qanda troponinlərin təyini kəskin miokard infarktı diaqnozunu qoymağa və ya inkar etməyə əsas verir. ABŞ kliniki biokimya üzrə milli akademiyası (NACB) aşağıdakı hallarda ürək troponinlərini təyin etməyi uyğun hesab edir:
Təkrar miokard infarktının diaqnostikası üçün KFK MB
fraksiyasının təyini daha məqsədəuyğun hesab edilir. Çünki
keçirilmiş birinci miokard infarktından sonra qanda
troponinlərin səviyyəsi müəyyən müddət yüksək qalır, KFK MB
fraksiyası isə yenidən yüksəlir. |
|
| < < < MƏQALƏLƏR > > > |
| |
| < < < YENİLİKLƏR > > > |
Hər gün gecə və gündüz: |




Artıq N.Tusi adına Klinikada aşağıdakı laborator müayinələr həyata keçirilir:
Fəqərəarası disk yırtığının cərrahi əməliyyatsız lokal traksiya üsulu ilə müalicəsi